«Georgian Airways» aviaşirkəti bəyan edib ki, Gürcüstan prezidenti Salome Zurabişviliyə, Moskvaya birbaşa reyslər bərpa edildikdən sonra aviadaşıyıcını boykot etmək çağırışlarına cavab olaraq şirkətin təyyarələrindən istifadəsinə icazə verilməyəcək.
"Salome Zurabişvili gürcü xalqından üzr istəməyə qədər təyyarələrimizin göyərtəsinə buraxılmayacaq. Şirkətimizə qarşı vicdansız ittihamlar səsləndirilib, xüsusilə, əhalinin bir faizinin belə dəstəkləmədiyi prezident tərəfindən", - Gürcüstanın" İmedi" televiziya şirkəti bazar günü “Georgian Airways"ın Direktorlar Şurasının sədri Tamaz Qaiaşvilinin sözlərindən sitat gətirir.
Məlumata görə, Qaiaşvili prezident Zurabişvilini «Gürcüstan üçün faydalı heç nə etməməkdə» ittiham edib.