24 fevral 2022-ci ildə başlayan Ukrayna-Rusiya müharibəsi bütün sürəti ilə davam edir. Müharibənin ən qanlı cəbhələrindən biri olan Baxmutda davam edən rus mühasirəsi ilə bağlı Rusiya Müdafiə Nazirliyi "Vaqner" qruplaşmasına bağlı qüvvələrin rus ordusunun dəstəyi ilə Baxmutu ələ keçirdiyini açıqlayıb.
Mətbuat mənsubları Yaponiyanın Xirosima şəhərində keçirilən G7 Sammitinə qatılan Ukrayna Prezidenti Vladimir Zelenskiyə Rusiya qüvvələrinin ağır hücumuna məruz qalan Baxmutun hələ də Ukraynanın əlində olub-olmadığını soruşub. O, suala "düşünmürəm” deyə cavab verib, ardınca da rusların şəhərdə “məhvedici mühasirə” apardığını qeyd edib.
“Bu gün Baxmut yalnız ürəyimizdədir” ifadəsini işlədən Zelenski həmçinin əlavə edib ki, “Baxmutdakı müharibə şəhərdə çoxlu sayda ölü rusdan başqa heç nə buraxmayıb”.
Lakin Zelenskidən sonra bəzi ukraynalı rəsmilər xarici mediaya Ukrayna liderinin Baxmutun itirildiyini demək istəmədiyini bildiriblər.
Zelenski daha sonra mətbuat konfransında sözlərinə aydınlıq gətirib. Bir jurnalistin Rusiyanın Baxmutu tam nəzarətə götürdüyü barədə açıqlamasını xatırladan Ukrayna lideri, "Bu gün Baxmut Rusiya Federasiyası tərəfindən işğal olunmayıb" deyib.
Blgədə strategiyalarını paylaşa bilməyəcəyini qeyd edən Zelenski deyib: "Hazırda bu ölkə (Rusiya) bizi işğal edə bilməz, bu müharibədə qalib gələ bilməz".
TAHİR