Qərb ölkələri Ukrayna cəbhəsində Rusiyaya qarşı yeni plan hazırlayırlar. Bu barədə "Global Times" nəşri yazır.
Bir sıra qərb ekspertlərinin rəyini öyrənən nəşr eddia edir ki, Ukraynada həddindən artıq silah-sursat, əsasən də milyardlarla dollar itirən qərb dövlətləri Moskvanın bu müharibəni uzun müddət uzatmaq imkanlarını nəzərə alıb məsələyə son vermək üçün çalışırlar. Ukrayna müharibəsinin qərb resurslarını tükəndirməkdə olduğunu düşünən qərb ekspertləri bu qənaətdədir ki ABŞ və digər Avropa ölkələri Ukrayna məsələsinin bitməsi və Moskvanın danışıqlar masasına qaytarmaq üçün Ukrayna ordusunun güclü əks hücum planı işə salınmalıdır.
İqtisadi sanksiyaların Rusiyaya gözlənilən zərbə effekti vermədiyini yazan nəşr əlavə edir ki, qərb ölkələri Ukrayna böhranının uzun müddət davam etməsinin böyük maliyyə itkilərinə səbəb olacağından qorxurlar.
Mətləb Salahov