“Əl Kaida” terror təşkilatı əsir aldığı daha bir nəfəri azad edib. Belə ki, terror təşkilatı 7 il öncə qərbi Afrikada əməliyyat zamanı əsir aldığı 88 yaşlı avstraliyalı həkim Kennet Elliottu azad edib.
Hürriyet.com.tr saytının yazdığına görə, bu barədə Avstraliyanın xarici işlər naziri Penny Vong məlumat verib. Nazir bildirib ki, hazırda həkimin ailəsi ilə görüşüb. Nazir həkimin səhhətinin normal olduğunu diqqətə çatdırıb.
Mətləb Salahov