Rusiyanın Ukraynada Qərb tərəfindən təchiz edilmiş uran sursat anbarını vurması nəticəsində yaranan radioaktiv bulud Qərbi Avropaya doğru hərəkət edir.
Bu barədə Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev açıqlama verib.
Vurulan sursat anbarının Polşa sərhədinə yaxın olduğunu deyən Patruşev Polşada radiasiya artımının qeydə alındığını bildirib.
Patruşev əlavə edib ki, ABŞ Ukrayna torpaqlarında istifadə üçün kimyəvi və bioloji silahlar hazırlayıb və artıq bu silahlardan istifadə etməyə başlayıb.