ABŞ-ın nüfuzlu “Politico” nəşri Türkiyədəki president seçkiləri barədə proqnozunu açıqlayıb. “Milliyet” qəzetinin yazdığına görə, nüfuzlu nəşr hazırkı Prezdent Rəcəb Tayyip Ərdoğan və müxalifətin vahid namizədi Kamal Kılıçdaroğlunun şanslarını müqayisə edib.
“Politico” yazır ki, hazırkı hakimiyyət başçısı ikinci turda keçiriləcək seçkilərdə daha güclü favoritdir. Ərdoğan haqqında “rüzgarı arxasınca aparan adam” ifadəsini yazan ABŞ nəşri, Türkiyə müxalifətinin Ərdoğanın gücünü ciddiyə almadığını, ikinci turda Ak partiya liderinin böyük fərqlə rəqibinə qalib gələcəyini proqnozlaşdırıb.
Mətləb Salahov