Türkiyədə keçiriləcək ikinci tur prezident seçkiləri daha çox qonşu Yunanıstanda diqqətlə izlənilir. Türkiyə ilə daima gərgin münasibətlərdə olan Yunanıstanın gündəlik mətbuat səhifələrində də mayın 28-də baş tutacaq ikinci tur üçün mülahizələr yazılır.
Ölkənin nüfuzlu “Etnos” nəşri hazırkı Prezident Rəcəb Tayyip Ərdoğanın ikinci tura ciddi hazırlaşdığını, komandası ilə geniş məsləhətləşmələr apardığını yazır. Yunan nəşri müxalifət namizədi Kamal Kılıçdaroğlunun mühacir ərəblər üzərindən siyasət yürütdüyünü yazaraq, onun da ikinci tur üçün taktiki dəyişikliyə gedəcəyini iddia edir. “Etnos” həmçinin seçkilərdə 5 faiz səs toplayaraq hazırda açar rolu oynayan Sinan Oğan barədə olduqca maraqlı ifadələr işlədib. S.Oğanın hansı ittifaqı dəstəkləyəcəyinin maraqla gözləndiyini yazan yunan nəşri, keçmiş MHP-li haqqında “Sinan Oğanla vəhşi bazarlıq” ifadəsinə yer verib.
Mətləb Salahov