Bu gün səhər saatlarında İrəvanda silahlı insident olub. Trend xəbər verir ki, atışma nəticəsində İrəvanın Davitaşen rayonu rəhbərinin müavini Koryun Arakelyan yaralanıb.
Polisdən edilən açıqlamada bildirib ki, silahlı hücum İrəvanın Başincaqyan küçəsindəki evlərin birində baş verib.
İrəvan polisi faktla bağlı istintaq aparır.