Rusiya ilə Gürcüstan arasındakı siyasi “buzlaqlar” hava nəqliyyatı sahəsində əriməyə başlayıb. Belə ki, Moskvadan Tbilisiyə 2019-cu ildən sonra ilk birbaşa reys həyata keçirilib. Bu uçuşu Rusiyanın “Azimut” aviaşirkəti yerinə yetirib.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin bir neçə gün əvvəl Gürcüstan ilə aviasiya əlaqəsinin bərpası və viza rejiminin ləğvi barədə fərman imzalayıb. Mətləb Salahov