Dünya mediasının yazdığına görə, Avropanın bir çox aparıcı turizm şirkətləri Avropanın qarşısına şərt qoyub ki, onların təmsilçisi olan turistlərlə rusların eyni oteldə qalmasının qarşısını almasalar müqavilələr pozulacaq. Aydındır ki, bununla Rusiyaya təzyiq etmək niyyəti güdürlər və rus turistlərin Türkiyəyə yolunu bağlamağa çalışırlar.
Maraqlıdır, bəs Türkiyə necə, Avropanın bu ultimatumuna əməl edəcəkmi?
Hazırda Türkiyədə yaşaşayan iqtisadçı ekspert Günay Hüseynova “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, turizmlə məşğul olan şirkətlər siyasətdən uzaq olmağa çalışırlar: “Belə bir ultimatum keçərli deyil. Çünki nə otellərin, nə turizm firmalarının, nə də sadə turistlərin buna əməl etməyə həvəsi var. Çünki istirahətə gedən adamın orada kiminləsə siyasi mübahisə etmək kimi həvəsi də olmur. Rusiyalı turistlər birbaşa uçuşların ləğvi, qiymət artımı və transfer ehtiyacına baxmayaraq, Avropa turlarına daha çox maraq göstərməyə başlayıb. Rusiya vətəndaşlarının Avropaya etdiyi tur sifarişləri keçən illə müqayisədə xeyli artıb. Rus turistlərin Yunanıstan, İtaliya, İspaniya, Monteneqro, Portuqaliya və Cənubi Kipr kimi ölkələrə marağının artdığını bildirirlər. Belə məlumatlar var ki, yay ayları üçün Avropaya tur sifarişləri ötən ilin eyni dövrünü 10 dəfə üstələyib. Rusiyadan Avropa ölkələrinə uçuşlar təkcə İstanbul və Dubaydan deyil, Küveyt, Kasablanka və Bəhreyndən də həyata keçirilə bilər. Avropa Şurası 2022-ci ilin sentyabrında Rusiya ilə Aİ arasında sadələşdirilmiş viza rejimini ləğv edib. Özləri Rusiya ilə turizm sahəsində əməkdaşlıq etdikləri halda, Türkiyəyə belə şərt qoymaları gülməli görünür”.
Ekspertin sözlərinə görə, hazırda bir çox mehmanxanalar zəlzələ qurbanlarını yerləşdirib: “Amma bu məqsədlər üçün tutulan otaq fondunun həcmi nisbətən kiçikdir və 5-20 faiz arasında dəyişir. Bu, hotelin nə qədər böyük və uğurlu olmasından asılıdır. Elə bir mehmanxana yoxdur ki, öz otaq fondunun yarısını versin. Otaqların 10-15%-nin, demək olar ki, həmişə boş olduğunu nəzərə alsaq, bu onların iqtisadiyyatına çox az təsir göstərəcək. İkincisi, Türkiyə dövləti sosialyönümlü biznesin dəstəklənməsi məsələsinə hər zaman məsuliyyətlə yanaşır. Fəlakətin nəticələrini aradan qaldırmağa kömək edən hotellər müəyyən kompensasiya alacaqlar. Çox güman ki, bu, vergi endirimi şəklində həyata keçiriləcək. Nəhayət, müqavilələrin bu cür pozulması qaydalara ziddir və buna dövlət də nəzarət edir. Yalnız Rusiyada bir hotel birbaşa turistə turoperatordan daha yaxşı qiymət verə bilər. Ona görə də turizmimiz hələ də dünya səviyyəsindən çox uzaqdır. Əminəm ki, qiymətlər qalxmayacaq. 1999-cu ildəki ciddi zəlzələdən sonra olduğu kimi, tam əksinə. Türk hotelləri hadisələr fonunda tələbi proqnozlaşdırmağı bilən əsl peşəkarlar tərəfindən idarə olunur. İstədikləri yükləmə parametrlərinə nail olmaq üçün fəal şəkildə hərəkətə keçir və qiymətləri tənzimləyirlər. Bu baxımdan da, Rusiya turistləri yenə də Türkiyədə istirahətə üstünlük verəcəklər”.
Məhəmmədəli QƏRİBLİ