Yaponiya yaralı ukraynalı hərbçiləri müalicə etmək üçün hərbi hospitalları hazırlıq vəziyyətinə gətirir. Bu barədə Reuters agentliyi məlumat yayıb.
Agentlik Liberal-demokratik partiyanın rəhbərlik etdiyi hakim koalisiyadan olan deputata istinadən yazır ki, müvafiq qərar yaxın zamanlarda qəbul edilə bilər. Xatırladaq ki, bu Yaponiya hərbi hospitallarının xarici hərbçilərin müalicəsində ilk iştirakı olacaq. Məlumatda deyilir ki, Yaponiya müalicə xərclərinin böyük hissəsini üzərinə götürəcək.
Mətləb Salahov