Kolumbiyada maraqlı hadisə yaşanıb. “The Guardian” qəzeti bu barədə yazıb.
Məsələ burasındadır ki, mayın 1-də səhər saatlarında Kaketa əyalətində qəzaya uğrayaraq cəngəlliyə düşən təyyarənin dörd uşaq sərnişini 17 gün sonra sağ tapılıb. İngilis nəşrinin yazdığına görə, uşaqları cəngəllikdə xilasedicilər qrupu aşkarlayıb.
Xatırladaq ki, qəza nəticədə pilot da daxil olmaqla, üç nəfər ölüb, 13, 9 və 4 yaşındakı uşaqlar, həmçinin 11 aylıq körpə sağ qalıb.
Mətləb Salahov