Almaniyanın Türkiyədəki səfiri Yurqen Şolts Alman polisinin Türkiyənin Sabah qəzeti ofisinə basqın etməsindən sonra Xarici İşlər Nazirliyinə çağırılıb.
Türkiyə XİN bu barədə məlumat yayıb.
"Bütün dünyaya mətbuat azadlığını öyrətməyə çalışan Almaniyanın bu hərəkəti onun ikili standartlı yanaşmasını ortaya qoyur. Bu hadisənin Türkiyədə keçiriləcək prezident seçkiləri ərəfəsində həyata keçirilməsinin əsas səbəbi FETÖ terror təşkilatıdır", - deyə nazirlikdən bildirilib.
"Sözdə azadlıqdan danışan Almaniya Türkiyənin FETÖ terror təşkilatına qarşı mübarizəsindən xəbərdar olmasına rəğmən terrorçuların şikayəti ilə Sabah qəzetinin ofisinə basqın etməsi qəbuledilməzdir".
Trend TurkicWorld-a istinadən xəbər verir ki, bu sözləri isə Türkiyənin Sənaye və Texnologiya naziri Mustafa Varank jurnalistlərə açıqlamasında bildirib.
"Türkiyənin Almaniyadakı səfiri onlarla əlaqə saxlayır və jurnalistlərə lazımi hüquqi dəstək göstərilir. Ümid edirik ki, tezliklə azadlığa çıxacaqlar", - deyə M.Varank əlavə edib.
O, həmçinin bildirib ki, bu şikayəti edən FETÖ terror təşkilatının öndə gedən isimlərindən biridir.
Qeyd edək ki, bugün Alman polisi FETÖ terror təşkilatı üzvləri Cevheri Güven və Ercan Karakoyunun şikayəti ilə Türkiyənin Sabah qəzetinin ofisinə basqın edib və basqın nəticəsində qəzetin Almanya təmsilçisi İsmail Erel ve müdir Cemil Albay saxlanılıb.