İtaliyada Ekvadordan Ermənistana göndərilən 2 ton 734 kq kokain aşkarlanaraq müsadirə olunub. "İnterfax" yazır ki, bu barədə “Il Messaggero” nəşri məlumat yayıb.
Kokain Coya-Tauro limanında saxlanılıb. Narkotiklər Gürcüstanın Batumi limanı vasitəsilə Quayakildən (Ekvador) Ermənistana çatdırılması nəzərdə tutulan iki konteynerdə aşkarlanıb. Narkotik maddə 78 ton banan arasında 12 metrlik soyuducu konteynerlərdə olub.
“Il Messaggero” yazır ki, “son dərəcə təmiz və ideal vəziyyətdə olan” kokain narkotik satıcılarına 800 milyon avrodan çox gəlir gətirəcəkdi.