ABŞ-ın “Washington Post” qəzeti Rusiyanın muzdlu “Vaqner” qrupunun yaradıcısı Yevgeni Priqojinin Ukraynaya bir təklif göndərdiyini iddia edib.
Qəzet yazır ki, Priqojinin Ukraynanın yanvar ayında qoşunlarını Baxmut bölgəsindən çıxarması müqabilində Rusiya qüvvələrinin mövqeləri ilə bağlı məlumatları satmağı təklif edib. Təklifin Ukrayna Kəşfiyyat Xidməti ilə əlaqələri vasitəsilə edildiyi bildirilir.
Qəzet yazır ki, ancaq Ukrayna tərəfi Priqojinin təklifini rədd edib.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putinə yaxınlığı ilə tanınan Priqojin bir müddət əvvəl Baxmut bölgəsindəki "Vaqner" əsgərlərinin lazımi sursatları almadığı üçün bölgədən çəkiləcəyi ilə hədələmişdi.
TAHİR