Türkiyədə prezident və parlament seçkilərində səsvermə başa çatıb. Seçki məntəqələri yerli vaxtla saat 17:00-da bağlanıb. Seçkilərdə 88,47 faiz seçici fəallığı qeydə alınıb.
Səsvermənin nəticələri açıqlanır.
Seçki qutularının 99 faizi açılıb.
Hazırkı nəticələrə görə, prezidenti Rəcəb Tayyib Ərdoğan 49,39% səslə liderdir. Sonrakı yerləri Kamal Kılıçdaroğlu (44,97%), Sinan Oğan (5.20%) və Məhərrəm İncə (0.43%) tutur.
Türkiyə Ali Seçki Şurasının (YSK) ilkin açıqlamalarına görə, parlament seçkilərinin nəticələri aşağıdakı kimidir;
AK Partiya (AKP): 35.45%
Cümhuriyyət Xalq Partiyası (CHP): 25,27%
MHP: 10.11%
İyi Partiya: 9.86%
Yaşıl Sol Partiya: 8.78%
Yenidən Rifah Partiyası: 2.86%