Bazar günü günü, 08 noyabr 2026
     

İranda etirazlar bir sıra xalqlara müstəqillik yolunu açdı...

Image


İranda iqtisadi motivli tətillərin və etirazların güclənəcəyi barədə verilən proqnozlar özünü doğruldur. Cəmiyyətdə müxtəlif təbəqələrə məxsus şəxslərin genişlənən etiraz aksiyaları da qeyd edilənlərin təsdiqidir. Son məlumatlara əsasən, Güney Azərbaycan daxil olmaqla, İranın müxtəlif vilayətlərində çox sayda təqaüdçü və çalışan müəllim piket və yürüş təşkil edib.

Sosial şəbəkələrdə paylaşılan görüntü və xəbərlərə əsasən, Ərdəbil, Culfa, Həmədan, Takistan, Qəzvin və Ərak kimi şəhərlərdə çox sayda müəllim etiraz aksiyalarına qatılıb. Bəzi sosial media hesabları bir neçə şəhərdə aksiya keçirən təqaüdçü müəllimlərlə polis qüvvələri arasında toqquşma olduğuna dair məlumat və görüntü yayıblar. Hüquq müdafiə və əmək qruplarının yaydığı məlumata görə, təqaüdçü müəllimlər “maaşların bərabərləşdirilməsi” layihəsinin tətbiqi və layihədə islahat aparılması, tibbi sığorta və digər sığorta hüquqlarının yerinə yetirilməsi, bərbad məişət vəziyyətlərinə diqqət yetirilməsi və maaşlarının artırılması kimi tələblərini gündəmə gətirirlər. Sosial şəbəkələrdə paylaşılan bir videoda Ərdəbildəki mitinqə qatılan bir təqaüdçü müəllimin maaşının həyat xərclərinə yetmədiyindən şikayət etdiyi görünür. Həmin müəllim bildirib: “Mənim ədəbiyyat üzrə magistr dərəcəm var. 31 il işlədim. Müharibə qazisiyəm. Mən xahiş edirəm ki, bank kartımı verim vali, icra başçısı və cümə imamına, görüm neçə gün yaşaya bilərlər... Nə qədər yalandan alnımızı dağlayaq və deyək ki, İslam İnqilabı belə gəldi, elə getdi? İnqilabın çörəyini yeyib xalqın kökünü baltalayırlar”. İranda tələbələr və müəllimlərin hüquq müdafiəçiləri isə  təhsil sistemində vəziyyətin pisləşməsi, tələbə, müəllim və valideynlərin sistematik şəkildə sıxışdırılmasına qarşı ümummilli mitinqlər keçirmək üçün bir araya gəlib. “Qadın, Həyat və Azadlıq” adlanan aksiyaya çağırışa İran Təqaüdçülər Şurası, Məşhədin Firdovsi Universitetinin tələbələri, Tehran və Buşəhrin “İnqilabçı Tələbələr”i də olmaqla, bir sıra təşkilatlar qoşulub. Etirazçılar təhsil üzrə rəsmilərin yol verdiyi səhvləri, qızlar məktəblərində şübhəli zəhərlənmə dalğası, hökumətin müəllimlərin maaşlarını verə bilməməsi kimi məsələlərə toxunan bir sıra bəyanatlar və sosial media şüarları ilə çıxış edib. Müəllimlər Həmkarlar İttifaqının Koordinasiya Şurası İslam Respublikasının davranışının müsbət dəyişikliklər üçün heç bir ümid olmadığını bildirərək, etirazların davamlı olacağını bəyan edib. Müəllimlərin aksiyası, həyat səviyyəsinin aşağı düşməsi, maaşların verilməməsi ilə bağlı etirazlar İranı keçən ilin yayından bəri bürüyüb.

Səhiyyə işçiləri də narazılıq edənlər sırasındadır. Təbriz və Qəzvin şəhərlərində təcili tibbi yardım işçiləri, Ərak və İranın bir neçə digər şəhərində Sosial Təminat İdarəsinin təqaüdçüləri tərəfindən etiraz aksiyaları keçirilib. İnsan haqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyinin yaydığı məlumata əsasən, Təbriz və Qəzvin şəhərində tibbi yardım işçiləri Tibb Elmləri Universiteti və valilik qarşısında mitinq keçirib. Bu şəhərlərlə eyni gündə Kirmanşah, Şuş və Həfttəpə şəhərlərində Sosial Təminat İdarəsinin təqaüdçüləri də nümayiş keçirib. Bu mitinqlərdə iştirak edən işçilər onlara ödənilməyən borcların verilməsini tələb etməklə birlikdə tibb bacısı xidmətlərinin maaşları planının icrasında olan qeyri-bərabərliyə də etiraz ediblər. Yayılan məlumata görə, Şuş və Həfttəpədən olan bir qrup Sosial Təminat İdarəsinin təqaüdçüləri Şuş şəhərinin qubernatorluğu binasının qarşısında, Ərakda Sosial Təminat təqaüdçüləri isə şəhərin həmin İdarəsi binasının qarşısında və Kirmanşah şəhərində isə bir sıra sosial təminat təqaüdçüləri keçirdikləri etirazda tələblərinin yerinə yetirilməsini istəyib. Onların əsas tələbləri pulsuz müalicə və inflyasiyaya uyğun maaş artımı olub. Hesab edilir ki, rejim daxilində yaranan ziddiyyətlər, davam edən etiraz aksiyaları İranın parçalanmasını qaçılmaz edəcək. Elə bu fonda Güney Azərbaycanın da öz istiqlaliyyətinə qoşulma ehtimalı artır. Bu arada qeyd edək ki, elə bu günlərdə “Güney Azərbaycan Milli Dövlətçilik Şurası”nın onlayn qaydada (MDŞ) təsis toplantısı keçirilib. Toplantıda təşkilatın 15 nəfərdən ibarət Mərkəzi Şurası seçilib. Mərkəzi Şura qurultaylararası dövrdə təşkilatın ali idaretmə qurumudur. MDŞ Mərkəzi Şurasının üzvü Çingiz Göytürkün sözlərinə görə, təşkilatın rəhbəliyi Mərkəzi Şuranın növbəti toplantısında seçiləcək. Göytürk bildirib ki, təsis toplantısında ABŞ, Avstraliya, Kanada, Türkiyə, Azərbaycan Respublikası və Avropanın müxtəlif ölkələrindən nümayəndələr iştirak edib: “Azərbaycan Milli Dövlətçilik Şurasının məqsədi Güney Azərbaycanda milli dövlət strukturunun bərpa edilməsidir. Şuranın növbəti toplantısında təşkilatın fəaliyyət planı, yol xəritəsi müəyyən ediləcək, işçi komitələr, müvafiq sahələr üzrə komissiyalar yaradılacaq”. Milli Dövlətçilik Şurasının fəaliyyət prinsiplərində qurumun “azərbaycançılıq” prinsipinə söykəndiyi vurğulanır. “MDŞ uğrunda savaşdığı hədəf və idealları Güney Azərbaycanın Ərdəbil, Şərqi Azərbaycan, Qərbi Azərvaycan, Zəncan, Həmədan və Qəzvin ostanları ilə yanaşı, müxtəlif dövrlərdə inzibati-coğrafi dəyişikliklər nəticəsində başqa ostanlara bölüşdürülmüş tarixi milli Azərbaycan ərazisində gerçəkləşdirmək istəyir” - deyilən bəyanatda qurumun qadın və kişilər arasında bərabər hüquqlar uğrunda mübarizə apardığı, çağdaş, demokratik, dünyəvi-sekulyar Güney Azərbaycan dövləti yaratmaq istədiyi bildirilir.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası əsnasında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - VİDEO

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ