Fransa prezidenti Emmanuel Makronun Avropanın ABŞ-a olan bağlılığının azaldılması ilə bağlı açıqlamalarına münasibət bildirən NATO baş katibi Yens Stoltenberq deyib ki, Avropa İttifaqı (Aİ) Şimali Atlantika Alyansı olmadan Avropanı müdafiə edə bilməz.
“Avropa Birliyinin müdafiə səylərini alqışlayırıq. Aİ-nin Avropanı müdafiə edə bilməməsi səbəbindən qaçınmalı olduğumuz şey təkrar və rəqabətdir. NATO-nun müdafiə xərclərinin 80 faizi Aİ-dən kənar müttəfiqlərdən gəlir. Coğrafiyaya da diqqət etmək lazımdır. Əgər NATO xəritəsinə baxsanız, şimalda Norveç, cənubda Türkiyə var, lakin təbii ki, ABŞ, Kanada və Böyük Britaniya da Avropanın müdafiəsi üçün kritik rol oynayır" - Stoltenberq “Washington Post” qəzetinə deyib.
Şimali Amerika ilə Avropa arasındakı bağı zəiflətmək üçün hər hansı siyasi cəhdin təkcə NATO-nu deyil, Avropanın özünü də parçalayacağına işarə edən Stoltenberq, NATO-nun qlobal bir ittifaq olmayacağını və Asiyadan üzv qəbul etməyəcəyini də sözlərinə əlavə edib.
TAHİR