Kremlin üstündə Ukrayna dronları uçandan sonra Rusiyanın bir neçə iri şəhərində 9 may paradları ləğv edilmişdi.
İzah verilmişdi ki, parad iştirakçılarına təxribatlar ola bilər. Bu şəhərlərin arasında Moskva yox idi. Lakin az sonra Moskvada da paradın ləğv olunma xəbəri yayılsa da, ardınca təkzib gəldi ki, Moskvada parad olacaq.
Dünən daha bir xəbər yayılıb ki, parada heç bir xarici dövlət rəhbəri dəvət edilmədiyi üçün yalnız Qazaxıstan prezidenti Tokayev iştirak edəcək. Xəbər Rusiyanın rəsmi dairələri tərəfindən dəqiqləşdirilməyib.
Namiq Quliyev