Rusiya mediasında yayılan xəbərlərə görə, Rusiya və İran Hind okeanından Xəzər dənizinədək İranın ərazisi üzərində su nəqliyyat dəhlizinin yaradılmasını planlaşdırırlar.
Rus və İran strateqlərinin fikrincə, bu dəhliz faktiki Süveyş kanalının alternativi olacaq və onu üstələyəcək. Belə ki, Süveyş kanalında artıq çoxdandır ki, hərəkət sıxlığı var və bu da kanalın effektivliyini aşağı salır. Məlumatlara görə, Rusiya İrana Azərbaycanla sərhədə doğru Xəzər dənizinə qədər 164 kilometr uzunluğunda dəmiryolu çəkilməsində əsaslı dəstək verməyə başlayıb.
Xəbərlər bir az fantaziyaya bənzəsə də, Qərbin ağır sanksiyaları altında olan bu iki ölkənin hətta ən fantastik layihələrə belə getməyə hazır olduqlarını görmək mümkündür.
Namiq Quliyev