Ukrayna gənclər təşkilatının müraciəti əsasında Berlin inzibati məhkəməsi yeni qərar çıxarıb.
Qərara əsasən faşizm üzərində qələbə toplantılarında yalnız Ukrayna bayraqları qaldırılacaq. Məhkəmə hesab edib ki, faşizmə qarşı mübarizədə böyük töhfələr vermiş Ukraynanın bayrağını qadağan etmək hüquqa ziddir.
Xatırladaq ki, bu ana qədər polis Berlində qələbə şənliklərində qarşıdurma olmasın deyə, Rusiya, Ukrayna və sovet bayraqlarını, habelə Putinin, Zelenskinin və Lukaşenkonun portretlərini, eləcə də "Z" və "V" işarələrini qadağan etmişdi...
Namiq Quliyev