Kreml tərəfdarı kimi tanınan rus millətçi yazıçı Zahar Prilepin Ukraynadakı döyüş bölgəsindən Rusiyaya qayıtdıqdan sonra dünən avtomobilinə yerləşdirilmiş bomba ilə hücuma məruz qalıb.
Hadisə Nijni Novqorodda baş verib. Münaqişə zonasından yenicə qayıdan Prilepin səhər saatlarında restorandan çıxarkən avtomobilinə minib və nəqliyyat vasitəsi hərəkətə keçən zaman partlayış baş verib. Avtomobilin sürücüsünün öldüyü, rus yazıçının isə yaralandığı qeyd edilir.
Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova sui-qəsd cəhdinə görə, Ukraynanı günahlandırıb.
Hücuma görə məsuliyyəti “Yanğın” adlı qrup öz üzərinə götürüb.
Çeçenistan veteranı Prilepin Ukrayna əməliyyatına dəstək verənlərdən biridir.
TAHİR