Ukrayna ordusunun əks hücuma keçəcəyi ehtimal edən Rusiya Zaporojye Atom Elektrik Stansiyasının ətrafında yaşayan minlərlə dinc sakinin təxliyəsinə başlayıb.
Birləşmiş Millətlər Təşkilatı isə bu bölgədə "nüvə qəzası"nın baş verə biləcəyi barədə xəbərdarlıq edib. Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) prezidenti Rafael Grossi xəbərdarlıq edib ki, Zaporojyedəki vəziyyət getdikcə qeyri-müəyyənliyə doğru sürüklənir.
MAQATE-nin rəsmi bəyanatında zavod işçilərinin obyektdə olduqlarını, lakin personalın və onların ailə üzvlərinin vəziyyətinin “dərin narahatlıq” doğurduğunu vurğulanıb.
Bəyanatda Zaporojye Atom Elektrik Stansiyasının yaxınlığındakı Enerxodar şəhərindən təxliyənin aparıldığı da təsdiqlənib.
Rusiyanın bu işğal olunmuş bölgəyə təyin etdiyi rəsmi nümayəndə Yevgeni Balitski bildirib ki, Ukrayna ordusu bu bölgədəki mövqelərə hücumlarını gücləndirib. Sosial mediada açıqlama verən Balitski "Bu səbəbdən uşaqları, qadınları, qocaları, əlilləri və xəstələri təxliyə etmək qərarına gəldim" deyib.
Rusiya Zaporojye vilayətinin böyük hissəsini ələ keçirib. Regionun paytaxtı Zaporojye isə Ukraynanın nəzarəti altındadır.
TAHİR