ABŞ-ın keçmiş prezidenti Bill Klinton 2011-ci il Davos Dünya İqtisadi Forumunda Rusiya prezidenti Vladimir Putinlə aralarında olan bir dialoqu açıqlayıb.
76 yaşlı keçmiş lider Putinin ona Ukrayna, Belarus və Qazaxıstanın ərazi bütövlüyünə zəmanət verən 1994-cü il Budapeşt Memorandumunu dəstəkləmədiyini dediyini bildirib.
Razılaşmaya əsasən, bu zəmanət çərçivəsində Ukrayna, Belarus və Qazaxıstan Sovet İttifaqından qalan nüvə arsenallarını Rusiyaya vermişdi.
Memorandumda o vaxtkı Rusiya prezidenti Boris Yeltsin, ABŞ prezidenti Bill Klinton və Böyük Britaniyanın baş naziri Con Meysorun da imzaları var.
“Putin mənə 2011-ci ildə, Krımı almadan üç il əvvəl, Boris Yeltsinlə bağladığım və nüvə silahlarından imtina etmələri qarşılığında Ukrayna ərazisinə hörmət edəcəklərini təmin etdikləri razılaşma ilə razı olmadığını dedi.
O, mənə dedi: “Bilirəm ki, Boris də sizinlədir, Con Meysor və NATO ilə hərəkət etməyə razılaşdığını bilirəm, amma bunu Dumadan heç vaxt keçirə bilmədi. Bizdə də radikal millətçilər var. Mən bununla razı deyiləm və dəstəkləmirəm. Müqavilə məni bağlamır” - Klinton bildirib.
Keçmiş ABŞ lideri əlavə edib: "O gündən müharibənin yalnız zaman məsələsi olduğunu anladım".
TAHİR