Xəbər verildiyi kimi iki gün əvvəl Kreml Moskvada Kreml Sarayına pilotsuz uçuş aparatları (PUA) ilə hücum cəhdinin edildiyini açıqlayıb və hücumun Rusiya prezidenti Vladimir Putinə sui-qəsd cəhdi kimi qiymətləndirilib.
Moskvanın açıqlamasından sonra Ukrayna və ABŞ-dan ard-arda açıqlamalar gəlib və Ukraynanın hücumla heç bir əlaqəsinin olmadığı bildrilib. Ukrayna prezidenti Zelenski Rusiyanın Kreml Sarayına pilotsuz təyyarə hücumunun arxasında Ukraynanın olması ilə bağlı iddialarını rədd edərək, “Biz Putinə və ya Moskvaya hücum etmirik. Bizim bunun üçün kifayət qədər silahımız yoxdur" deyib.
ABŞ dövlət katibi Antoni Blinken də Rusiyanın Kreml Sarayına pilotsuz təyyarə ilə hücumun arxasında Ukraynanın dayandığına dair iddialarını təsdiq edə bilmədiklərini və buna şübhə ilə yanaşdıqlarını bildirsə də, Kremldən dünən verilən açıqlama ortalığı daha da qarışdırıb.
Kremlin sözçüsü Dmitri Peskov, Kremlə pilotsuz təyyarə hücumlarının arxasında ABŞ-ın olduğunu açıqlayıb: "Biz bilirik ki, bu cür hücumlarla bağlı qərarlar Kiyevdə deyil, Vaşinqtonda verilir. Kiyev yalnız deyilənləri edir".
Lakin, ABŞ Moskvanın ittihamları rədd edib. Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar Koordinatoru Con Kirbi Rusiyanın iddialarını "gülünc" adlandırıb: "Sizi əmin edə bilərəm ki, ABŞ-ın müdaxiləsi olmayıb. Nə olursa olsun, biz bunun içində deyilik. Peskov yalan danışır".
Kirbi ABŞ-ın Ukraynanı Rusiya ərazisinə hücumlara həvəsləndirmədiyini və bina icazə vermədiyini deyib: “Əlbəttə ki, biz özünümüdafiə şərtlərini və ya onların apardığı əməliyyatları diktə etmirik”.
TAHİR