Bazar günü günü, 08 noyabr 2026
     

İranda molla rejiminin sonu çatdı…

Image


Son günlərdə İranda sosial-iqtisadi zəmində etiraz aksiyalarının yeni vüsət alması müşahidə edilir. Elə bu fonda İran telekommunikasiya şirkətinin təqaüdçüləri Ərdəbil, Qəzvin, Ərak və Tehran daxil olmaqla müxtəlif vilayətlərdə aksiya və yürüş keçirməyə davam ediblər.

Sosial şəbəkələrdə paylaşılan videolarda müxtəlif şəhərlərdə toplaşan təqaüdçülərin şüarlar səsləndirdiyi və üzərində şüarlar yazıldığı plakatlar nümayiş etdirdiyi görünür.

Tehranda təqaüdçülər Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin yerləşdiyi küçədə yürüş təşkil ediblər. “İran İşçilərinin Azad Birliyi”nin “Telegram” kanalında yayılan videogörüntülərdə nümayişçilərin “korrupsiya azalsa, problemlər çözülər” və “haqqımızı alanadək küçədə qalacağıq” kimi şüarlar səsləndirdiyi eşidilir. Təqaüdçülər Tehranda nazirliyin yerləşdiyi küçədə, digər şəhərlərdə isə telekommunikasiya şöbələrinin önündə toplaşıblar. Sosial mediada paylaşılan başqa bir videoda isə piket keçirən təqaüdçülər “biz ədalət görmədik, təkcə yalan eşitdik” şüarını səsləndirirlər. Təqaüdçülər sığorta hüquqlarının tam yerinə yetirilməsini və digər ödənilşlərini tələb edirlər. Belə bir vəziyyətdə İranda Əmək Nazirliyinin rəsmi nümayəndəsinin Tehranın pensiya pullarının ödənməsi üçün İranın Fars Körfəzindəki bir neçə strateji adalarını sata biləcəyinə dair bəyanatı böyük maraq doğurub. Bu, ölkə ictimaiyyətində narazılıq və şübhə dalğası yaradıb. Nazirliyin Sosial Təminat departamentinin baş direktoru Səccad Padam “90Eghtesadi” saytına müsahibəsində deyib ki, İran dərin iqtisadi böhran şəraitində yaranmış maliyyə çətinlikləri ilə bağlı pensiya pullarının ödənməsi üçün Kiş və Qəşm adaları da daxil, Fars körfəzindəki bir neçə adanı satmağa məcbur ola bilər. Padam qeyd edib ki, büdcə çətinlikləri hökuməti bir sıra infrastruktur layihələri üçün nəzərdə tutulmuş vəsaitləri artıq pensiya ödənişlərinə yönəltməyə məcbur edib. Onun sözlərinə görə, bu səbəbdən tikinti işləri üçün nəzərdə tutulmuş 850 trilyon rialın (1.6 milyard dollar) yalnız 20 faizi bu məqsədə xərclənib. Padam qeyd edib ki, İran hətta sanksiyasız şəraitdə günə 3 milyon barrel neft satsa da, pensiya fondu ilə bağlı problem həllini tapmayacaq. Sanksiyalardan əvvəl İran günə 2.5 milyon barrel neft satırdısa, hazırda bu rəqəm 1 milyon barreldir. Bu azalma nəticəsində İran büdcəsi ildə təxminən 45 milyard dollardan məhrum olur.

Xatırladaq ki, İranda ötən yaydan bəri həyat səviyyəsinin enməsinə, maaşların vaxtında verilməməsinə və lazımi sosial təminatın olmamasına görə kütləvi antihökumət aksiyaları baş verir. İran qanunları işçilərin müstəqil həmkarlar təşkilatları yaratmasını qadağan edir. Bu vəziyyətdə Padamın bəyanatları sosial media şəbəkələrində geniş müzakirələrə səbəb olub. İranın siyasi şərhçilərindən Əhməd Zeydabadi “Telegram” kanalında yazıb ki, Padamın faktiki olaraq pensiya fondunun müflisliyinə dair verdiyi bəyanat ölkədəki iqtisadi vəziyyətin son dərəcə kövrək olduğunu göstərir. Keçmiş siyasi məhbus Həngamə Şahidi “Twitter”də Kiş və Qəşm adalarının potensialı barədə yazıb. Şahidi qeyd edir ki, bu adalardakı azad iqtisadi zonaların düzgün idarə olunması və onlara daha çox sərbəstlik verilməsi ölkəyə böyük turizm gəlirləri gətirə bilərdi: “Bu gəlir iranlıların istirahət və əyləncə üçün Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Kipr və Malayziya kimi ölkələrdə xərclədikləri pulları əvəz edər və nəticədə İran iqtisadiyyatını mənfəətləndirə bilərdi”.

İqtisadi vəziyyətin pisləşdiyi bir vaxtda hakimiyyətin icbari hicab qaydasına əməl edilməsi üçün tədbirlərini gücləndirməsi Tehranın müxtəlif yerlərində hiddətlənmiş sakinlərin aksiyalara çıxması ilə nəticələnib. Paytaxtın Səttarxan, Aryaşəhr, Tehranpars və Kövhərdəşt Kərəc rayonlarında “Zülmkara ölüm, zəhmətkeşlərə həyat!”, “Xamneyiyə ölüm” və “Qadın, həyat, azadlıq!” şüarları ilə izdihamlı nümayişlər keçirilib. Buna bənzər etiraz aksiyaları İsfahan şəhərində də olub. Orada da siyasi məhbuslara və hazırda həbsxanada olan iranlı reper Tumac Salehiyə dəstək bildirən şüarlar səsləndirilib. Bəzi plakatlarda “Biz yenə gəldik, üsyan davam edir” və “Dini hökumətin axırı çatıb!” kimi şüarlar yazılıb. Tehranın Səttarxan rayonunda isə açıq şəkildə ali rəhbər ayətüllah Əli Xamneyiyə qarşı şüarlar səsləndirilib. Tehranın qərbində Aryaşəhrdə isə şüarlar əsasən İran İslam İnqilabı Keşikçiləri Korpusuna qarşı yönəlib. Küçələrdə hicabsız qadınların sayı artdıqca, şəhərin hakimiyyət orqanları İslam Respublikasının geyim kodeksinin daha sərt tətbiq edilməsi üçün tədbirlər keçirir. Tehran meri Əlirza Zəkani deyib ki, şəhər boyunca müşahidə kameralarının sayı artırılıb və hicabsız qadınlar metroya buraxılmır. Şərhçilər bildirirlər ki, İran hakimiyyəti 1979-cu ildən bəri hicab qaydasının tətbiqi sahəsində ən böyük çətinliklərlə üzləşib. Bu arada hicab qaydasını pozan məşhurlara qarşı hüquqi müstəvidə ən sərt tədbirlər görülür. Kino və televiziya aktrisaları Əfsanə Bayeqan və Fatimə Motamed-Aryaya qarşı ictimai yerdə hicabsız göründüklərinə görə cinayət işləri açılıb. Tehran Polisinin informasiya bürosu bildirib ki, bundan əvvəl aktrisalar Katayun Riyahi və Pantea Bəhrama qarşı da cinayət təhqiqatına başlanıb. Büro bildirir ki, aktrisalara qarşı işlər onların ictimai yerlərdə hicabsız görünməsinə və sosial media şəbəkələrində hicabsız fotolar dərc etməsinə görə açılıb. Aktrisa Əfsanə Bayeqan “Instagram” hesabından bunları yazıb: “Çox təəssüf ki, bizim ən gözəl və saf inanclarımız riyakarlığın, diktatorluğun, cəhalət və xəyanətin ayaqları altına atılıb. Bu gün mən vətənimin bütün övladları, kədərli anaların ürəkləri, həqiqət və aydınlıq naminə səsimi ucaldıram: Qadın naminə, həyat və azadlıq naminə, vətən və firavanlıq naminə!”. Şərhçilər qeyd edirlər ki, son vaxtlarda İranı bürümüş etiraz aksiyaları zəifləsə də, hicab qanununa müqavimət, əksinə güclənməkdə davam edir. Hakimiyyət “hicab və paklıq qanununa” riayət etməyən qadınları ağır cəzalarla hədələyir. Hökumət hicab qaydasını pozanları cəzalandırmaqla kifayətlənmir, hicab qaydasının pozulduğu ictimai məkanları – kafe, restoran, aptek və biznesləri bağlayır. Xatırladaq ki, İranda qadınların hicablanması 1979-ci ildən ayətullah Ruhulla Xomeyninin fətvası ilə məcburi elan edilib. Həmin vaxtdan bəri İranda qadınlar hicab qaydasına ən müxtəlif formalarda müqavimət göstərirlər. Lakin ötən ilin sentyabrında 22 yaşlı Məhsa Əmini polis idarəsində öldükdən sonra hicaba qarşı müqavimət hərəkata çevrilib.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası əsnasında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ