Bazar günü günü, 08 noyabr 2026
     

İranda yeni hicab üsyanı başlanır

Image


Davam edən etirazlar fonunda Iranda social-iqtisadi vəziyyətin durmadan ağırlaşması mövcud rejimdən narazılığı sürətlə artırır. Belə bir vaxtda İran rialı xarici valyutalar qarşısında dəyərini daha da itirib. Artıq  İranda valyuta mübadiləsi məntəqələrində 1 dollar 56000 riala dəyişdirilir.

Bu, İran tarixində milli valyutanın dollar qarşısında ən aşağı dəyərlərindən hesab edilir. Qeyd edək ki, İranın pul vahidi ötən 10 il ərzində dollar qarşısında 100%- dən çox dəyər itirib.

Ucuzlaşan milli valyuta insanların alıcılıq qabiliyyətini daha da pisləşdirir, rejimdən narazılığı artırır. Bundan başqa, bir çox sahələrdə maaşların verilməsinin uzun müddət gecikdirilməsi vəziyyəti daha da pisləşdirir. Elə bu gülərdə Cənubi  Azərbaycanda “Azərbaycan dəmir yolları” xətlərinin texniki işçiləri maaş və digər ödənişlərinin gecikdirilməsinə etiraz ediblər. ILNA xəbər agentliyinin məlumatına əsasən, Cənubi  Azərbaycanda Təbriz, Salmas və Əcəbşer kimi dəmir yolları xətlərinin işçiləri bir nçə gün davam edən etiraz keçiriblər. İşçilər hələ keçən ilin son ayının maaşını belə almadıqlarını deyiblər. İLNA bu xüsusda bildirir: “Yeni ildən 40 gün sonra “Azərbaycan dəmir yolları”nın texniki işçiləri hələ də keçən ilin son ayının maaşını almayıblar. Hazırda çox sayda işçi maaşını vaxtında ala bilmədiyi üçün ağır məişət şəraitində yaşayır”. Agentlik həmçinin yazıb ki, dəmiryol xətlərində çalışanlar keçən iki ayın maaşından əlavə Novruz bayramı və Ramazan ayı ödənişlərini də ala bilməyiblər. ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu bunlar fonunda qeyd edir ki, İranda iqtisadi motivli tətillər və etirazlar güclənəcək. Bildirilib ki, İranda ciddi iqtisadi islahatlara ehtiyac var: “Son 1 ayda İran rialı, təxminən, 10 faiz ucuzlaşıb. İranda inflyasiya səviyyəsi son 2 ayda rekord həddə - 49 faizə çatıb”. Qeyd olunub ki, mövcud İran rejimi işçilərin tələblərini yerinə yetirmir: “İran rəsmiləri və işəgötürənlər işçilərin daha yaxşı həyat şəraiti tələblərinə hörmətlə yanaşmaq əvəzinə respressiyalara əl atırlar. Çox güman ki, bununla əlaqədər olaraq ölkədə iqtisadi vəziyyət daha da gərginləşəcək”.

İnsan hüquqları, hicab məsələsi də etiraz predmeti olaraq qalır. İranın mərkəzində yerləşən Kirman ostanında bir ailə ilə hicab qaydasına riayət olunmasını tələb edən qrup arasında baş vermiş qarşıdurmada bir qadının həlak olduğu xəbər verilir. Bu qrup turist məkanlarından birində bir ailənin qadınlarını hicablanmağa məcbur etməyə çalışıb. Tərəflər arasında qarşıdurma dava-dalaşa çevrilərək Külsüm Oftadepur adlı qadının ölümü ilə nəticələnib. Mənbələrin “Fərda” radiosuna bildirdiyinə görə, bir neçə qadın gənc qıza “baş örtüyünü düzəltməsi” üçün dəfələrlə müraciət edib. Lakin qız buna məhəl qoymayaraq ailəsi ilə birlikdə turist mərkəzinə daxil olub. Bundan sonra sözügedən qrupdakı kişi və qadınların ailəyə cinsi məzmunlu təhqirlər yağdırması ilə qarşıdurma qızışıb. Qrupdakı qadınlardan biri Külsüm Oftadepuru, onun qızını və nəvəsini vurmağa başlayıb. Mənbələr bildirirlər ki, dava yerinə gələn polis hicaba məcbur edənlərin tərəfini saxlayıb. Qeyd edək ki, son zamanlar İranda qadınların hicab qaydasına etinasızlığının artması ilə bağlı hakimiyyət nümayəndələri aktiv fəaliyyətə keçiblər. Amma “əxlaq polisi” qadınları hicab qaydalarına məcbur etməkdə getdikcə daha böyük çətinliklərlə üzləşir. Əslində, İranda son etirazlar dalğası ötən ilin sentyabrında 22 yaşlı Məhsa Əmininin polis məntəqəsində vəfat etməsindən başlanmışdı. Bu hadisədən sonra küçələrə çıxan minlərlə qadın polisin onların şəxsi həyatına müdaxiləsinə etiraz ediblər. Bəzi məlumatlara görə, son həftələrdə mülki geyimli qadın və kişi xəfiyyələr ictimai yerlərdə gəzərək qadınlara hicab xəbərdarlığı edirlər. İndi də rəsmi İran mediası və fəallar Külsümün ölümü ilə bağlı bir-birinə zidd məlumatlar verir. Bəzi xəbərlərdə deyilir ki, ailənin üstünə düşənlər “Qasım Sülemaninin məzarını yad etməyə gələnlərin avtobusundan” olublar. Oftadepur ailəsinə yaxın adamların dediyinə görə, ailə onu təhqir edənlərin  və Külsümün ölümünə səbəb olanların müəyyənləşdirilməsini tələb edir. Bu fonda  rəsmilər Oftadepur ailəsinə mediaya danışmaması üçün təzyiq göstərirlər. bunlar fonunda qadınların hicab etirazları yenidən geniş vüsət alır. Sosial media saytlarında yayılan foto və videolardan müxtəlif yaşlarda olan qadınların hicabsız gəzdikləri görünür. Müşahidəçilərin fikrincə, Tehran küçələrində hökumətin mülki geyimli xəfiyyələrinin artması da bununla bağlıdır. Son vaxtlarda dərc olunmuş videolarda da qadınların hicabsız görünmələrinə görə hakimiyyət nümayəndələri ilə ictimaiyyət arasında müxtəlif mübahisələrin yarandığı görünür. Qadınların hicaba belə güclü müqaviməti ilə bacarmayan hakimiyyət orqanları hicab qaydasının pozulduğu kafe və restoranları bağlayır. İcbari hicab qaydaları barədə belə “şifahi xəbərdarlıq” tədbirindən əvvəl rəsmilər bildirmişdilər ki, qadınların bu qaydalara “gərginlik” yaratmadan əməl etməsi üçün daha “ağıllı üsullardan” istifadə olunacaq. Bəzi xəbərlərə görə, polis qaydanı pozan qadınların müəyyən edilməsi üçün şəhərlərin müxtəlif yerlərində gizli kameralar quraşdırır. Qeyd edək ki, İranda qadınların hicablanması 1979-ci ildən ayətullah Ruhulla Xomeyninin fətvası ilə məcburi elan edilib. Buna baxmayaraq, o vaxt qadınların hicablanmasını icbari edən heç bir rəsmi qanun qəbul olunmayıb. Həmin vaxtdan bəri İranda qadınlar hicab qaydasına ən müxtəlif formalarda müqavimət göstərirlər. Lakin ötən ilin sentyabrında 22 yaşlı Məhsa Əmini polis idarəsində öldükdən sonra hicaba qarşı müqavimət əsl hərəkata çevrilib. Ölkəni bürümüş antihökumət aksiyalarında qadınlar hicablarını açır və etiraz olaraq yandırırlar. Bu aksiyalarda dini hakimiyyətin devrilməsinə çağırışlar edilir. Hicaba etiraz edən tələbələr ölkə boyunca universitetlərdə dərsləri boykot edir və müxtəlif aksiyalar keçirirlər.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası əsnasında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ