ABŞ 24 fevral 2022-ci il tarixindən bu yana aramsız davam edən Rusiya-Ukrayna müharibəsində Bahmut cəbhəsi ilə yeni bir iddia ortaya atıb.
Vaşinqton rəhbərliyi kəşfiyyat qurumlarına istinadən bildirib ki, qış mövsümündə Donetskdəki Bahmutdakı döyüşlərdə Rusiya ordusu 100 min yeni itki verib. 20.000-dən çox əsgərin əksəriyyəti 2022-ci ilin dekabrından şiddətli döyüşlərə səhnə olan Bahmut ətrafında həlak olub. Son beş ayda Ukraynanın işğalında iştirak edən 80 min rus əsgəri isə yaralanıb və əlil olub.
Bəyanatı səsləndirən ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi ölənlərin yarısının Rusiyanın muzdlu şirkəti “Vaqner”ə bağlı döyüşçülər olduğunu iddia edib. "Əsasən Bahmutu hədəf alan Rusiyanın hücumu uğursuz oldu. Onlar heç bir ciddi və strateji qazanc əldə edə bilmədilər" - Kirbi deyib.
Kirbinin Ukrayna itkiləri ilə bağlı “onlar burada qurbandırlar” deyərək heç bir məlumat verməməsi isə diqqət çəkib.
BBC əlavə edib ki, Kirbinin açıqlamaları müstəqil mənbələr tərəfindən təsdiqlənmir.
ABŞ-ın əvvəlki təxminində Rusiyanın Ukraynadakı itkilərinin 220 mini keçdiyini açıqlanmışdı.
ABŞ-ın açıqlamasından bir neçə saat sonra Rusiyanın müdafiə naziri Sergey Şoyqu ukraynalıların cəmi bir ay ərzində 15 mindən çox əsgər itirdiyini iddia edib.
TAHİR