Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) Suriyada keçirdiyi antiterror əməliyyatında İŞİD terror təşkilatının lideri Əbu Hüseyn əl-Qureyşi zərərsizləşdirib.
Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan canlı yayında açıqlayıb.
"Terrorla mübarizə böyük və qüdrətli Türkiyə vətəndaşları üçün qürur mənbəyidir. Terror təşkilatlarını sıxışdırdıq. Bu mübarizə Avropanın təhlükəsizliyinə də töhfə verir, lakin onlar bunun fərqində deyillər" dedi. NATO daxilində PKK/PYD ilə mübarizə aparan yeganə ölkəyik. MİT, DEAŞ-ın sözdə lideri Əbu Hüseyn əl-Qureyşini izləyirdi. Bu şəxs dünən Suriyada zərərsizləşdirildi" - Prezident Ərdoğan deyib.
TAHİR