Rusiyanın Ukraynanın Uman şəhərində raket hücumu nəticəsində 6-sı uşaq olmaqla 23 nəfər həlak olub.
Bu barədə açıqqlama verən Ukrayna prezidenti Zelenski hücumu təşkil edənlərin cavab verəcəklərini ifadə edib.
“Terror dövlətinin ən qısa zamanda əməllərinə görə cavab verməsi üçün əlimizdən gələni edəcəyik. Bu cür raket hücumlarını hazırlayan hər kəs bilməlidir ki, onlar qətlə şərik olacaqlar. Raketləri yönləndirən və buraxan, təyyarələrdən və gəmilərdən terror üçün istifadə edən hər kəs. Təkcə əmr verənlər deyil, hamınız terrorçu və qatilsiniz və hamınız cəzalandırılmalısınız. Umanda bu hücumda 6 uşaq həyatını itirdi, cəmi 23 adam həyatını itirdi. Bütün ailələrinə və yaxınlarına başsağlığı verirəm” - Zelenski deyib.
TAHİR