Bazar günü günü, 13 sentyabr 2026
     

Türkiyə nüvəli ölkələr sırasına qoşuldu

Image


Qardaş Türkiyə enerji təhlükəsizliyinin təmin edilməsində daha bir mühüm nailiyyətə imza atıb. Belə ki, “Akkuyu” atom elektrik stansiyasının (AES) birinci enerji blokuna nüvə yanacağının yüklənməsi prosesi baş tutub. Bununla “Akkuyu” AES atom elektrik enerjisi obyekti statusu alıb.

Xatırladaq ki, Türkiyənin ilk AES-i olan “Akkuyu”nun tikintisi layihəsi “Akkuuyu Nuclear” kompaniyası tərəfindən 2010-cu ilin mayında Türkiyə və Rusiya arasında imzalanmış müvafiq sazişə əsasən həyata keçirilir. Bu obyektin istifadəyə verilməsindən sonra ildə 36 milyard kilovatt-saat elektrik enerjisi istehsal olunacaq. Bu, Ankara və Moskvanın ən iri birgə layihəsidir. Bununla Türkiyə atom elektrik enerjisi istehsal edən ölkələr sırasına qoşulur. Yuxarıda qeyd edildiyi kimi, bu, Türkiyə və Rusiyanın ən böyük investisiya layihəsidir və onun tikintisinə 20 milyard dollar vəsait qoyulub. AES-in bütün enerji blokları 2028-ci ildə işə salınacaq və bu obyekt ölkənin elektrik enerjisinə olan ehtiyacının 10 faizini təmin edəcək. Eyni zamanda, AES-in istifadəyə verilməsi qaz idxalına sərf edilən 1,5 milyard dollara qənaət etməyə imkan verəcək. Daha bir mühüm məqam odur ki, AES-in fevralın 6-da baş verən zəlzələdən zərər çəkməməsi inşaatçıların peşəkarlığından xəbər verir. Məsələ ilə bağlı Rusia prezidenti Vladimir Putin bildirib ki, “Akkuyu” AES iki ölkə arasında iqtisadi maraqları təmin edən layihə olmaqla yanaşı, Rusiya ilə Türkiyə arasında mehriban qonşuluq, qarşılıqlı hörmət və bir-birinin maraqlarının nəzərə alınması prinsiplərinə əsaslanan tərəfdaşlıq əlaqələrini də möhkəmləndirir: “Türkiyənin artıq nüvə sahəsinə malik olan inkişaf etmiş sənaye və texnologiya dövlətləri klubuna daxil olması çox simvolikdir. Bu, həm də respublikanın əsasının qoyulmasının 100 illik yubileyi zamanı baş verir”. “Akkuyu Nuclear” ASC-nin baş direktoru Anastasiya Zoteyeva bildirib ki, Türkiyənin cənubunda “Akkuyu” atom elektrik stansiyasının maşın zallarının tikintisi qrafiki qabaqlayır, dörd qurğudan üçünün tikintisi 2023-cü ildə tamamlanacaq. Daha bir mühüm məqam odur ki, bu AES dünya atom enerji tarixinə "inşa et-sahib ol-istismar et" modeli ilə düşüb. Bu formula uyğun olaraq Türkiyə hakimiyyət orqanları Rusiya tərəfinə AES inşası üçün meydança təqdim etməklə yanaşı, elektrik enerjisinin müəyyən hissəsini almaqla bağlı da təminat verib. Rusiya tərəfi isə stansiyanın layihələndirilməsi, inşası, istismarı və xidmətini həyata keçirən “Akkuyu Nuclear” şirkətini qurub. Eyni zamanda bundan irəli gələcək bütün xərc və risqləri öz üzərinə götürüb. Yəni türk tərəfi Rusiyaya qarşı sanksiyalara qoşulmaqla çox şeydən məhrum olacaqdı. Lakin atılan ağıllı addımlar Türkiyəyə mühüm üstünlüklır qazandırdı. AES-in tikinti sahəsinin infrastrukturu ilə bağlı bütün işlər Türkiyənin mövcud norma və qanunlarına uyğun, eləcə də hökumətin tövsiyələri əsasında həyata keçirilir. “Akkuyu” AES-in başqa bir əhəmiyyəti də odur ki, bu layihə Türkiyə-Rusiya münasibətlərinin sabit qalmasını təmin edir. Xatırladaq ki, stansiyanın layihələndirilməsi, tikintisi, xidmət göstərilməsi, istismarı və istismardan çıxarılmasına cavabdeh olan “Akkuyu Nuclear” şirkətinin əsas səhmdarı Rusiyanın “Rosatom” Dövlət Korporasiyasıdır. Bir çoxları hesab edirdi ki, Türkiyə Ukraynadakı müharibə səbəbindən Rusiya ilə bu razılaşmanı donduracaq. Və etiraf etmək lazımdır ki, bu istiqamətdə ona xeyli təzyiqlər də oldu. Lakin gözləntilərin əksinə olaraq, Türkiyə onun üçün zəruri olan bu layihəni dayandırmadı. Bütövlükdə Türkiyə hakimiyyəti “Akkuyu” AES-dən əlavə daha iki atom elektrik stansiyası tikmək niyyətindədir. “Akkuyu” Türkiyənin enerji təhlükəsizliyinə mühüm töhfə olacaq.

Hesablamalar göstərir ki, Türkiyə tərəfi “Akkuyu”nun elektrik enerjisi satışından 50 milyard dollardan çox gəlir əldə edəcək. Amma Türkiyə iqtisadiyyatının artımını və elektrik enerjisinə tələbatın artımını nəzərə alsaq, satışdan gələn gəlirin məbləği 40 milyard dolları keçə bilər. Ümumiyyətlə, “Akkuyu” AES Türkiyənin iqlim dəyişikliyi ilə mübarizəsinə və Türkiyə iqtisadiyyatının canlanmasına da mühüm töhfə verəcək. Daha bir maraqlı nüans odur ki, hələ 1974-76-cı illərdə öz AES-nin tikintisinə başlamaq istəyib. 1974-cü ildə sovet atomçuları Mersin vilayətində olaraq atom stansiyasının tikiləcək yerlərini tədqiq ediblər. Həmin vaxt stansiyanın tikintisi üçün “Akkuyu” platformasının hazırlanmasına qərar verilib. Bunun reaıllaşması isə 34 il sonra baş tutub. Daha doğrusu, sovet atomçularının tədqiqlərindən 34 il sonra Rusiya və Türkiyə stansiyanın tikintisi üçün müvafiq razılıq əldə ediblər. Həmin razılıqdan sonra cari ildə stansiyaya ilk nüvə yanacağı çatdırılıb. Hesablamalar göstərir ki, təxminən 70 ildir 30-dan çox ölkə nüvə enerjisindən istifadə edir və 440 aktiv reaktor qlobal elektrik enerjisinə olan tələbatın təxminən 10 faizini ödəyir. Dünyada 54 reaktorun tikilməkdə olması nəzərə alınarsa, daha çox sayda ölkə nüvə enerjisindən istifadə edəcək. Onların sırasına artıq Türkiyə də qatılır. Xüsusilə pandemiyadan sonra artan enerji tələbatının qarşılanması və qlobal emissiyaların azaldılması baxımından nüvə mühüm bir seçim olaraq bütün dünyanın qarşısında dayanır.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

ABŞ Konqresmeni Ermənistan-Azərbaycan sülhünün imzalanacağı vaxtı təxmini söylədi...

Rusiyanın Ermənistana qarşı edəcəyi işlərin siyahısı tutulub... hətta kütləvi deportasiya da var...

Azərbaycan 2030-a kimi yaşıl enerji üzrə Qlobal Hədəfi aşmağı planladı...

SON XƏBƏRLƏR

12.09.2026 / 23:08
Bakıda Günay Həsənovanın təqdimatında Master your makeup təlimi keçirildi

12.09.2026 / 22:14
İran ətrafındakı vəziyyət BRICS ölkələrini parçaladı - yekun bəyannamədə razılığa gələ bilmədilər…

12.09.2026 / 21:47
Rusiya Odessa limanında Ukrayna yük gəmisinə zərbə endirdi...

12.09.2026 / 21:35
Ukrayna Rusiyanın Qara dənizdəki “kölgə donanma”sını çökdürür - 10 həftədə 285 gəmi vurulub…

12.09.2026 / 21:04
"“Məğlublar tragikomedyası”na müəlliflik sizlərə nə verəcək?!” - Emil Rasimoğlu yazır..

12.09.2026 / 20:35
"Prezident İlham Əliyevin siyasəti nəticəsində Kəlbəcər yenidən qurulur, canlanır" - Hikmət Hacıyev

12.09.2026 / 20:10
Dörd ölkə Bakıda “Belem Missiyası 1.5” Troykasının mandatı üzrə məsləhətləşmə aparıb

12.09.2026 / 19:48
Dipkorpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri başa çatdı

12.09.2026 / 19:25
Ukrayna Rusiyanın Su-33 qırıcısı və 2 Mi-8 helikopteri vurdu…

12.09.2026 / 16:25
Kremldən Zelenskinin Putinlə görüş təklifinə reaksiya - Moskvaya gələ bilər…

12.09.2026 / 16:02
Diplomatlar Kəlbəcərdə “İstisu” mineral su zavodunun fəaliyyəti ilə tanış olublar - FOTO

12.09.2026 / 15:37
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi gizli sənədləri açıqladı - 11 sentyabr hücumları ilə bağlı ŞOK FAKTLAR ortaya çıxdı...

12.09.2026 / 15:21
Zelenski Putinə Mayamidə keçiriləcək G20 sammitində görüşməyi təklif etdi…

12.09.2026 / 14:48
Diplomatlar Kəlbəcərdə Xudavəng monastır kompleksində...

12.09.2026 / 14:26
ABŞ Nümayəndələr Palatası Rusiyaya qarşı "cəhənnəm" sanksiyalarını səsverməyə çıxarır…

12.09.2026 / 14:03
Lukaşenko ehtiyatları dollarda saxlamağın təhlükəli olduğunu deyir - Rusiyanın başına gətirilənlər…

12.09.2026 / 13:44
İraq İranla sərhəd bağladı və Səudiyyəyə hücum edənlərin axtarışına başladı...

12.09.2026 / 13:28
Hikmət Hacıyev saxta xəbərlər yayan xarici media qurumlarına çağırış etdi - gəlin öz gözlərinizlə görün... VİDEO

12.09.2026 / 13:15
Polşa xəbərdarlıq etdi – Rusiya Ukrayna ilə sərhəd keçid məntəqələrini vuracaq…

12.09.2026 / 12:53
Şirvanda mağazadan külli miqdarda pul oğurlayan şəxs tutuldu...

12.09.2026 / 12:30
Azərbaycan neftinin qiyməti 120 dolları ötdü...

12.09.2026 / 11:27
Diplomatlar Ağdərədə yerləşən Gəncəsər monastırını ziyarət etdi - FOTO

12.09.2026 / 10:56
Polis bir gündə 34 kiloqrama yaxın narkotik ələ keçirdi

12.09.2026 / 09:37
Putin Avropa ölkələrinə xəbərdarlıq etdi - Bu, Rusiya ilə müharibə deməkdir…

12.09.2026 / 09:23
Tramp-BCM qarşıdurması böyüyür – Təşkilat ABŞ-ın İT xidmətlərindən rəsmən imtina etdi…

12.09.2026 / 09:10
Modi ikinci dəfə Putini aqressiv müharibəni dayandırmağa çağırdı…

12.09.2026 / 07:26
Fransada Le Penin partiya liderinə sarımsaq atdılar

12.09.2026 / 07:13
İmamoğlu ailəsinin başına gətirilənlər şok etdi - oğul İmamoğlu nələr danışır…

11.09.2026 / 23:36
Qırmızı dənizdə gərginlik artır - Husilər Bab əl-Məndəb boğazına nəzarəti tam ələ keçirdi…

11.09.2026 / 23:10
Husilərin hərbi qələbəsindən sonra ABŞ admiral Kuperi təcili Səudiyyəyə göndərdi…

11.09.2026 / 22:53
Türkiyə BTC ilə neft nıəqlini ikiqat artırmağı təklif etdi - gündə 1 milyon barel…

11.09.2026 / 22:30
Səudiyyə husilərə qarşı müharibədə ABŞ-dan kömək istədi - Trampdan rədd cavabı gəldi…

11.09.2026 / 21:42
Rusiya Litvanı nüvə silahı ilə hədələdi - hədəfdə olacaqsız…

11.09.2026 / 21:27
Rusiyadan gələn “qanunsuz miqrantlar axını” Gürcüstanda çevriliş hazırlayır - iddia...

11.09.2026 / 21:10
Avropa Birliyi sentyabrın 15-də Ermənistanın taleyini həll edəcək...

11.09.2026 / 20:48
Tramp seçicilərin səsini pulla satın almağa başladı... hərəyə 5 min...

11.09.2026 / 20:31
Trampdan 11 sentyabr mesajı - o tarixi unutmayacağıq...

11.09.2026 / 20:26
Paşinyan 1 oktyabradək Elektrikşəbəkənin 100 faiz səhmlərini Karapetyandan müsadirə edəcək...

11.09.2026 / 20:23
Paşinyan Putini çox pis yerdə yaxaladı - Ermənistan Rusiyaya sanksiya tətbiq etdirə bilər...

11.09.2026 / 20:10
Putin qışda Ukraynanın enerji infrastrukturlarına yeni zərbə planları qurub...

11.09.2026 / 19:56
Rusiyada miqrantların işləməyən ailə üzvləri ölkədən qovulur - DİN başçısı Putinə hesabat verdi...

11.09.2026 / 19:40
"Qlobal terrorizmə qarşı birgə mübarizəsinə verdiyi töhfələrə görə Azərbaycana minnətdarıq" - ABŞ Səfirliyi

11.09.2026 / 19:20
Paşinyan İran-Gürcüstan yolunun çəkilişini Makronla müzakirə edib...

11.09.2026 / 19:09
Diplomatik korpus nümayəndələri Şuşada... - YENİLƏNDİ

11.09.2026 / 19:03
İran ballistik raketlərin yeraltı istehsalını bərpa etdi -Tramp əndişələnib...

11.09.2026 / 18:45
Çindən İrana dəmiryolu daşımaları başladı - 14 günə 6 min kilometr...

11.09.2026 / 18:22
İran süni intellektlə minlərlə israillinin sirlərini əldə etdi - İsrail ŞOKDADIR...

11.09.2026 / 18:08
Tramp respublikaçı seçicilərə səsləndi - Səs verməsəniz cəhənnəmə gedəcəksiz...

11.09.2026 / 17:41
Həmidə Ömərova: "Namizədliyimi irəli sürməyə şərait yaradılmadı"

11.09.2026 / 17:25
Rəqabətin inkişafı və inhisarçılığın qarşısının alınması ilə bağlı Milli Fəaliyyət Planı təsdiqləndi

11.09.2026 / 17:23
Xəzər dənizində böyük xarici neft şirkətləri ilə 5 milyard dollarlıq mübahisə başladı...

11.09.2026 / 17:11
Qarabağa diplomatik səfərlərin siyasi-tarixi və hüquqi əhəmiyyəti

11.09.2026 / 17:06
ABŞ Konqresmeni Ermənistan-Azərbaycan sülhünün imzalanacağı vaxtı təxmini söylədi...

11.09.2026 / 16:50
ABŞ Yaxın Şərqdəki hərbi bazalarını çıxartmağı müzakirə edir - İran şok yaşadır...

11.09.2026 / 16:34
Dövlət qurumunun adından istifadə edib 250 min manatlıq dələduzluq etdi, yaxalandı

11.09.2026 / 16:17
İqtisadi Şurada 2027-ci ilin büdcə layihəsi müzakirə olundu - FOTO

11.09.2026 / 15:56
"Aİ Qarabağda sülhün təmin olunmasına praktiki dəstək verməyə hazırdır" - Xüsusi nümayəndə

11.09.2026 / 15:42
Özəl məktəblərin təhsil haqqı ilbəil artır: valideynin şikayəti yenidən araşdırılacaq

11.09.2026 / 15:30
Tramp İranda rejim dəyişikliyi taktikasına yenidən qayıdır...

11.09.2026 / 15:21
Dipkorpus nümayəndələri Qarabağ Universitetində olublar

11.09.2026 / 15:09
"Azərbaycan və Ermənistan liderlərinin görüşü çox konstruktiv mühitdə keçdi" - Hikmət Hacıyev

11.09.2026 / 14:55
Xaçmazda narkotiklərlə bağlı 7 nəfər saxlandı

11.09.2026 / 14:48
Dələduzluqla onlayn kreditə görə vətəndaşı məsul tutmaq əvəzinə bank məsuliyyətini artırmaq olmazdı?..

11.09.2026 / 14:31
Ukrayna üzrə Rusiya-ABŞ danışıqlarının hansı ölkədə olmasının hansı(sa) önəmi var?..

11.09.2026 / 14:16
Pakistan husilərlə bağlı İrana mesaj göndərdi – onları dayandırın…

11.09.2026 / 14:03
92 min müəllimin maaşında artım olacaq - 10 faizdən 35 faizədək...

11.09.2026 / 13:49
"Qarabağda təxminən 100 min mülki şəxs yaşayır" - Hikmət Hacıyev

11.09.2026 / 13:46
Şəfiqə Məmmədova:"Bu vəzifə mənim üçün məsuliyyətdir"

11.09.2026 / 13:28
Şəfiqə Məmmədovanın vahid namizəd olması narazlıq yaradıb

11.09.2026 / 13:24
Hikmət Hacıyev: "Azərbaycanda 32-dən çox terror aktı törədilib"

11.09.2026 / 13:15
Rusiya və Türkiyə Qafqazda və Orta Asiyada “kənar qüvvələrə” qarşı birləşdilər...

11.09.2026 / 13:04
Prezidentin köməkçisi: "Mina insidenti bərpa və yenidenqurma səylərimizə mane olur"

11.09.2026 / 13:00
Şəfiqə Məmmədova AKİ sədri oldu

11.09.2026 / 12:55
"İşğal illəri ərzində Azərbaycanın mədəni irsi dağıntılara məruz qalıb" - Hikmət Hacıyev

11.09.2026 / 12:51
Bakıda Azərbaycan-Türkiyə 5-ci Enerji Forumu keçirilir

11.09.2026 / 12:41
Ukrayna Saratovda neft emalı zavodunu və “Ozon” mərkəzini vurdu… - VİDEO

11.09.2026 / 12:28
Formula 1-in hazırlıq müddəti 12 aydan 4 aya endirildi...

11.09.2026 / 12:17
Corc Buş 11 sentyabr hücumlarından sonrakı ilk saatlardan danışdı - o an mən müharibə dövrünün prezidenti oldum…

11.09.2026 / 12:10
Diplomatik korpus nümayəndələri Xankəndi Mədəniyyət Mərkəzində...

11.09.2026 / 12:02
Eldəniz Quliyev:"Həmidə Ömərovanı dəstəkləyirəm"

11.09.2026 / 11:48
Oman sahillərində daha iki gəmi vuruldu…

İnzibati məcəllədə son dəyişikliklər hüquqi fəallığın artırılmasında təsirli rol oynayır...

XƏBƏR ARXİVİ