Rusiya prezidenti Vladimir Putin "Vahid Rusiya" partiyasının üzvləri ilə görüşdə Lavrovun işini yüksək dəyərləndirib.
“Diplomatlarımız elə hücum mövqeyindədirlər ki, hətta mən bəzən Sergey Viktoroviçə xatırladıram ki, siz müdafiə naziri yox, xarici işlər nazirisiniz” – Putin deyib.
Rusiya KİV-ləri bunu Lavrovla zarafat kimi qələmə veriblər. Ancaq daha çoxu da ola bilər. Məsələn, Şoyqunun müdafiə naziri kimi "hücumda az fəal" göründüyünə eyham kimi...
Ramil QULİYEV