Əfqanıstanda vəziyyət daha qanlı fazaya keçir. “Əl-Ərəbiyyə” kanalının məlumatına görə, “Taliban” qüvvələri artıq Pəncşir dərəsinə doğru hərəkətə başlayıb.
Pəncşirin hakimi Əhməd Məsud “Taliban”a inklüziv hökumət qurmağı təklif edib. “Taliban” isə siyasi razılaşma, əslində təslim olmağı tələb edib. Mənbələr “Taliban” qüvvələrinin 4 saatdan sonra Pəncşirə hərbi yürüş edəcəklərini deyiblər.
Ramil QULİYEV