Qardaş Türkiyə mediası Əfqanıstanda son proseslərlə bağlı maraqlı xəbər və təhlillər yayıb. Məlumatlardan görünür ki, Fransa Əfqanıstanda pozuculuq işlərini davam etdirir.
Bu məqsədlə yəhudi əsilli Bernard Levinin Pəncşir vilayətinə göndərildiyi bildirilir. Pəncşir Əfqanıstanın “Taliban”a tabe olmayan və mübarizəni davam etdirən yeganə əyalətidir. Əyaləti əfsanəvi Əhməd şah Məsudun oğlu Əhməd Məsud idarə edir. Bu günlərdə Paris meri Anna İdalqonun bir bəyanatı yada düşür. Mer deyib ki, “Taliban” bizim həyat tərzimizi pozdu. Maraqlı deyilmi?
Məlumatlara görə, Fransa təyyarələri mütəmadi olaraq Pəncşirdən zümrüd və başqa qiymətli daş-qaşları Fransaya daşıyır. “Taliban”ın Fransa üçün gətirdiyi narahatlıq bununla bağlıdır. Əhməd Məsud Londonda oxusa da, Fransa ilə sıx əlaqələri var. 2011-ci ildən onun “Taliban”la mübarizəsinə Fransa hərtərəfli dəstək verir. Görünür ki, Fransa Əfqanıstanda sabitlik yaranmasına hər vasitə ilə mane olacaq. Ona Əfqanıstanda sabit rejim sərf etmir.
Xüsusi missiya ilə Pəncşirə göndərilmiş Levinin tərcümeyi-halına baxın. Levi son 40 ildə Afrikada və Orta Şərqdəki bütün qətliamlarda iştirak edib. Misirdə demokrat Mursinin devrilməsi və Sisinin hakimiyyətə gəlişində Levi iştirak edib, Liviyada general Haftarla görüşüb, son Tunis hadisələrində də adı çəkilib. Bütün bunlar xeyli maraqlıdır. Məşhur fransız provakator Levi Fransanın Pəncşirdəki daş-qaş mənafeləri naminə Əhməd Məsudun “Taliban”la müharibəsinə nə kimi töhfələr verə biləcək?..
Ramil QULİYEV