ABŞ Prezidenti Co Bayden "Taliban" qruplaşmasının dəyişilməsi və 90-cı illərdəki ideoloji xəttinin yumşalmasına dair fikirlərə münasibət bildirib.
"Report" TASS-a istinadən xəbər verir ki, o, "Taliban"ın dəyişildiyinə inanmadığını bəyan edib.
"İnanmıram ki, "Taliban" dəyişilsin", - Bayden söyləyib.
ABŞ Prezidenti deyib ki, "Taliban" ekzistensial böhran keçirir. "Hazırda "Taliban" qruplaşması beynəlxalq birlik tərəfindən rəsmi hökumət kimi tanınmağın onlara lazım olub-olmadığı üzərində düşünür. Buna görə də qruplaşma ekzistensial böhran keçirir. Düşünmürəm ki, onlara tanınma lazımdır", - o bildirib.