Şimali Kipr Türk Cumhuriyyətinin Prezidenti Ersin Tatar Atatürk Yüksək Mədəniyyət, Dil və Tarix Qurumu Başçısı Prof. Dr. Muhammet Hekimoğlu, Türk Tarix Təşkilatının Başçısı Prof. Dr. Birol Çetin və Türkiyə Dövlət Arxivləri Baş direktoru Prof. Dr. Uğur Ünalı qəbul edib.
Baki-xeber.com xəbər verir ki, ziyafətdə etdiyi çıxışda Prezident Ersin Tatar, Atatürk Kültür, Dil və Tarix Qurumu səlahiyyətlilərini qəbul etməkdən məmnunluğumu ifadə edərək, tarixi və hadisələri izah etməyin əhəmiyyətinə diqqət çəkib və bunu ŞKTC-deki ictimai mübarizə illərinin yeni nəsillərə tanıdılması baxımından zəruri sayıb.
Prezident Tatar bu çərçivədə Türkiyənin arxivlərindən istifadə edərək məlumat toplana biləcəyini bildirib.
Türklərin Kiprdə 450 illik bir tarixə malik olduğunu və bu dövrün sənədlərinin hazırda Milli Arxiv və Araşdırma Departamentində saxlanıldığını vurğulayan Prezident Tatar bu sənədlərin bir kitaba çevrilməsi lazım olduğunu deyib.
Prezident Ersin Tatar Atatürk Mədəniyyət, Dil və Tarix Qurumu ilə birlikdə aparılacaq işlərin ibrətamiz olacağını vurğulayıb və bu əməkdaşlığın inkişaf etdirilməsini diləyib.
SAMİRƏ