Rusiya jurnalisti və yazıçısı, antitürk və antiazərbaycan mövqeyi ilə tanınan Viktor Şenderoviç Rusiya qimnastı Dina Averinanın Tokio Olimpiadasındakı məğlubiyyəti ilə bağlı RF XİN sözçüsü M.Zaxarovaya cavab verib:
"Sayıqlama deyilmi bu, xanım Zaxarova?! Əlbəttə özünüz bilirsiniz ki, bu sayıqlamadır. Münsiflər heyətinin üzvləri Yaponiya, İtaliya, Almaniya, Yunanıstan, Ukrayna, İsveçrə, Fransa, Argentina, Macarıstan, Polşa, Çexiya, Slovakiya, İspaniya, Özbəkistan, Norveç və Xorvatiya idi.
Ola bilərmi ki, bir belə dövlət Rusiyanın bayramını pozmaq üçün söz qoyublar.
Uşaqlar sizin işiniz yüksək səviyyədə ödənişi olan soyuq və əclaf bir işdir ki, qışqırırsınız ki, bizimkiləri döyürlər və reallıq əvəzinə rusiyalıları ksenofobiya isteriyası gündəliyi ilə yedirtməkdəsiniz.
Əgər nəzərə alsaq ki, əsl həqiqətdə nə baş verib, nə olub?
Sizin banda doğrudan da müvəffəq olub ki, bizim ölkəyə qarşı nifrətdə bütün dünyanı elə bir səviyyədə birləşdirə bilmisiniz ki, dünyanın 15 professional ölkəsi olan Argentinadan tutmuş Özbəkistana kimi öz reputasiyalarını risqə qoyublar ki, təki Rusiyanın üzünə tüpürsünlər.
Mənə belə gəlir ki, sizin üçün ən yaxşı yol bütün əmək kollektivi ilə birgə özünü asmaqdır və bunun üçün ən yaxşı vaxtdır.
Xatırladaq ki, qızıl medal İsrail idmançısı Lina Aşrama verilib və 0.15 bal üstünlüyü ilə qələbə çalıb.
Onu da qeyd edək ki, M.Zaxarova bədii qimnastika üzrə Tokio beynəlxalq münsiflər heyətini "İblislər" adlandırıb.
Ramil QULİYEV