Baki-xeber.com rus mediasına istinadla xəbər verir ki, FTX 1938-ci ilin avqustunda Xasan gölü ətrafında sovet-yapon toqquşmasına aid 70 saylı hərbi əmrin detallarını, habelə Kvantun ordusunun hərbi caniləri üzərində 1949-cu il tarixli Xabarovsk məhkəməsinin sənədlərini açıqlayıb.
Kvantun ordusunun sonuncu baş komandanı Yamada məhkəmədə bildirib ki, Yaponiyanın SSRİ-yə hücum planları həmişə aktual olub.
Məlumdur ki, 4 Kuril adası üstündə mübahisəyə görə, hələ də rus-yapon sülh sazişi imzalanmayıb. Yaponiya iddia edir ki, 70-ci illərdə Sovet hökuməti 4 adadan ikisini -Şikatan və Xbomaini yaponlara vermək planına malik olub.
Ramil QULİYEV