Ermənistanın yeni parlamenti daha bir "antidemokratik şedevrlə" tarixə düşür. Baki-xeber.com xəbər verir ki, Ermənistan Milli Məclisinin iclasında müxalifətçi "Mənim şərəfim" fraksiyasının üzvü Anna Mkrıtçyan Paşinyan haqda çıxışında "Nikol" ifadəsi işlədib.
O, əlavə edib ki, “Arsax”a münasibətiniz budur - müharibədən sonra kapitulyant Nikol hələ Xankəndiyə getməyib. Bundan sonra deputatla vitse-spiker Arşakyan arasında mübahisə düşüb. Arşakyan deputatın mikrofonunu kəsdirib. Deputat "nizamnamədə baş nazirin adını demək hörmətsizlik kimi qeyd edilmir" deyərək vitse-spikerə etiraz edib. Arşakyan isə "elə etmə ki, mühafizəçilər səni bayıra atsınlar" cavabı ilə deputatı susdurub.
Ramil QULİYEV