çərşənbə günü, 28 oktyabr 2026
     

Azərbaycan realist rəssamlığının atası - Bəhruz Kəngərli...

Image



Azərbaycanda təsviri incəsənət sahəsində çox qüdrətli şəxsiyyətlər fırçası ilə öz sözünü deyib. Azərbaycan realist boyakarlıq məktəbinin banisi, qüdrətli rəssam Bəhruz Kəngərli tarixi mədəniyyətimizin inkişafına böyük sərvət bəxş edib. "Vikipediya"da Bəhruz Kəngərlinin həyat və yaradıcılığı haqqında qısa məlumat yer alıb. O elə bir şəxsiyyətdir ki, gərək hər gün onun adı çəkilsin, xatırlansın.
Bəhruz Kəngərli 22 yanvar 1892-ci ildə Naxçıvanda doğulub. Çox qısa, lakin mənalı və əhəmiyyətli ömür yaşayan Bəhruz Kəngərli elə qiymətli simadır ki, onun bütün fəaliyyəti özündən sonra gələn rəssamlar nəslinə örnək olub.
Böyük rəssam 7 fevral 1922-ci ildə Naxçıvanda vəfat edib. O, görkəmli Azərbaycan rəssamı, boyakar və qrafikidir və milli təsviri sənətində realist dəzgah boyakarlığının təşəkkülü, portret və mənzərə janrlarının formalaşması Kəngərlinin adı ilə bağlıdır.
Qeyd edək ki, uşaq ikən ciddi xəstəlik keçirən Kəngərli ağır eşitdiyindən, ümumtəhsil məktəbinə gedə bilməyib, rəssamlığa meyl göstərib. 1910-1915-ci illərdə Tiflisdə Qafqaz İncəsənəti Təşviq Cəmiyyətinin nəzdindəki Boyakarlıq və Heykəltəraşlıq məktəbində oxuyub. Kəngərlinin rəssam kimi püxtələşməsində Cəlil Məmmədquluzadənin və "Molla Nəsrəddin" jurnalının böyük rolu olub.

Realist rəssamın yaradıcılığı...

"Vikipediya" yazır ki, yaradıcılığının ilk dövründə müəllimi-mollanəsrəddinçi rəssam O.Şmerlinqin və tələbə yoldaşı L.D. Qudiaşvilinin portretlərini çəkib, karikatura və satirik rəsmlər, mənzərə və məişət səhnələrini əks etdirən rəsm, akvarel və boyakarlıq əsərləri yaradıb. "Qoca kişi", "Toy", "Elçilik" və s. əsərlər bu qəbildəndir. 1914-cü ilin iyununda rəssamın Naxçıvandakı ilk böyük sərgisi və orada göstərilən rəsmləri həmyerlilərini heyran edib. O vaxt "İqbal" qəzeti yazırdı: "Cavan rəssamımız gələcəkdə iftixarımız olacaq". Kəngərli dünyadan nakam köçsə də, bizə zəngin bədii irs qoyub gedib.
Cəmi 7 il yaradıcılıq fəaliyyəti ilə məşğul olmağa macal tapan Bəhruz Kəngərli 2000-ə qədər rəsm əsəri yaradıb. O, realist ifadəliliyi, yüksək bədii-estetik dəyəri ilə diqqəti cəlb edən çoxlu portret, mənzərə, natürmort çəkib. Dövrünün qabaqcıl ziyalılarının, sadə adamların portretləri-"Yaşlı kişi", "Gürcü" və s. əsərləri mövzu aktuallığına və ideya məzmununa görə bu günün ictimai-siyasi hadisələri ilə səsləşən "Qaçqınlar" silsiləsinə daxil olan portretlər canlılığı, reallığı və psixoloji ifadəliliyi ilə fərqlənir. Rəssamın yaradıcılığında mənzərə janrı mühüm yer tutur. Onun mənzərələrində təbiət gözəllikləri əks olunub. Rəssamın əsərlərində "Şəlalə", "Dağlıq mənzərə", "İlanlı dağ ay işığında", "Günəş batarkən", "Ağrı dağı", "Köhnə qala", "Əliabad kəndində darvaza", "Yamxana kəndinə gedən yol", "Möminə xatın türbəsi", "Əshabi-kəhf dağı", "Nuhun qəbri", ilin fəsilləri "Payız", "Bahar" mövzuları öz ifadəsini tapıb.

Erməni daşnaklarının mahiyyətini açan sənətkar...

Bəhruz Kəngərli 1918-1920-ci illərdə erməni daşnaklarının Azərbaycanda törətdikləri faciələri təsvir edən, öz dədə-baba torpaqlarından zorla qovulmuş və Naxçıvana pənah gətirən azərbaycanlı qaçqınların portretlərindən ibarət silsilə əsərlər yaradıb. Bu silsilədən olan "Qaçqınlar", "Qaçqın qız", "Qaçqın oğlan", "Qaçqın qadın", "Yurdsuz ailə", "Qaçqın Gümşün", "Ayaqyalın qaçqın oğlan" və s. onlarla qaçqının portretləri təkcə sənətkarlıq səviyyəsinə görə deyil, tarixi sənəd kimi də dəyərlidir. O, portret ustası kimi yaratdığı personajların daxili-psixoloji aləmini açıb göstərə bilib. Rəssam təsvir etdiyi qaçqın uşaqların hər birinin simasında didərgin düşdükləri ata-baba ocaqlarının həsrətini, keçirdikləri hiss və həyəcanları, gözlərinə qonmuş qüssə və kədəri özünəməxsus ustalıqla əks etdirib.

Kəngərlinin AXC dövr yaradıcılığı

"Vikipediya" yazır ki, Azərbaycan Xalq Cumhuriyyəti dövründə (1918-1920) Bəhruz Kəngərli yaradıcılıqdan qalmır, boyakarlıq və qrafika əsərləri yaradır, rəssamlıq sənətini gənclərə öyrətmək, bu sənəti sevdirmək üçün xüsusi dərnək açır, fərdi sərgilərini təşkil edirdi. 1921-ci ildə Azərbaycanda açılan ilk böyük sərgidə Kəngərlinin 500-dən çox əsəri nümayiş etdirilib. Əsərləri Rüstəm Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində, Naxçıvan Dövlət Tarix Muzeyində, Moskva Dövlət Tarix Muzeyində və şəxsi kolleksiyalarda saxlanır. Kəngərli həm də milli teatr rəssamlığının banilərindəndir. 1910-cu illərdə Naxçıvan teatrında Cəlil Məmmədquluzadənin "Ölülər", Mirzə Fətəli Axundovun "Hacı Qara", Əbdürrəhim bəy Haqverdiyevin "Pəri-cadu" əsərlərinin tamaşalarına bədii tərtibat və geyim eskizləri verib. A.Babayevin "Yarımçıq şəkil" pyesi Kəngərliyə həsr olunub. Naxçıvan MR Ali Məclisi sədrinin "Bəhruz Kəngərlinin adının əbədiləşdirilməsi haqqında" 22 may 2001-ci il tarixli sərəncamına əsasən, Naxçıvan şəhərində muzeyi yaradılıb, qəbirüstü abidəsi ucaldılıb. Görürsüz ki, xalqın sevgisini qazanan insanlar, şəxsiyyətlər gec də olsa qədirbilən Azərbaycan dövləti tərəfindən öz qiymətini alır.

Həyat üzünə gülməyən rəssam...

Sənətşünas Gülnaz Quliyevanın "Bəhruz Kəngərli yaradıcılığı" adlı məqaləsində qüdrətli rəssamın sənəti haqqında çox dəyərli fikirlərə yer verilib. Məqalədə bildirilir ki, rəngkarlıq sahəsində əvəzedilməz yeri və mövqeyi olan Bəhruz Kəngərlinin Azərbaycan rəngkarlığının inkişafında əməli xidmətləri olub":Baxmayaraq ki, gənc yaşlarında, ömrünün baharında həyat ilə vidalaşıb, amma çox gözəl əsərləri ilə yaddaşlarda, tarixdə qalıb. Həyat onun üzünə gülməyib. İstər uşaqlığında, istərsə də gəncliyində həyatdan zövq alaraq hər anını sevə-sevə yaşamaq ona nəsib olmayıb. Uşaq yaşlarında yoluxduğu xəstəlik onu öz həmyaşıdlarından geri salıb, uşaqlıq illərini oynayaraq-gülərək yaşamasına mane olub. Məhz ona görə idi ki, Bəhruz həyatdan özünü təcrid edərək öz dünyasında yaşayır, öz hisslərinə qapılaraq sanki özünü ifadə edən əsərlər yaradırdı. Düzdür, o vaxtlar Bəhruz kiçik olduğundan, atasının aldığı "Molla Nəsrəddin" jurnalında yer almış karikaturaların sürətini çəkirdi. Bu onda çox gözəl alınırdı. Daha sonralar onda olan istedada şahid olan valideynləri balaca Bəhruzu rəssamlıq məktəbində dərs almağa göndərdilər. Dərslərini yaxşı oxuya bilmədiyindən, o, məktəbə getmir, sanki tərkidünyalığa çəkilirdi. Çünki xəstəliyi ilə əlaqədar olaraq Bəhruz kar oldu. Elə bu səbəbdəndir ki, o, yaradıcılığa daha çox zaman ayırırdı. Onun rəngkarlıqda çox böyük xidmətləri olub. İlk öncə Bəhruz Kəngərli Azərbaycan rəssamlığına realistik janrı gətirən ilk rəssamdır. O, hər şeydən əvvəl hansısa bir rəsmi, əsəri yaradarkən çalışırdı ki, təbiətdə olan gözəlliyi təhrif etmədən tabloya köçürsün. Təbiəti öz fırçası vasitəsilə bir daha canlandırsın. Bir sözlə, gözəl olan təbiəti, dünyanı təkrarlamaq fikrində idi Bəhruz Kəngərli. Bu onda çox gözəl alınırdı. Yaratdığı əsərləri tamaşaçı diqqətində idi daima. "Günəş batarkən ", "Dağlıq mənzərə", "Ağrı dağı", "Ay işığında" adlı bir sıra əsərləri füsunkar təbiətin təkrarolunmaz ahəngdarlığını göz önünə gətirib. Qeyd edək ki, realist rəssam olsa da, Bəhruz Kəngərlinin yaradıcılığında impresionizm cərəyanının təsiri də hiss olunmaqdadır. Ona görə də onun əsərləri janr etibarilə impresionizm və realizmin vəhdətindən ibarətdir".

Yəhudi rəssam Bəhruz Kəngərliyə nə göndərib?

Sənətşünas qeyd edir ki, Bəhruz Kəngərli Azərbaycan rəngkarlığının bir çox sahələrində gətirdiyi yenilikləri ilə yadda qalıb. Onun yazdığına görə, qüdrətli rəssamın həm teatr sahəsində, həm də dəzgah rəngkarlığında əvəzsiz xidmətləri olub":20-ci illərdən etibarən Azərbaycan rəssamlığı öz inkişafına başladı. Bu illərdə Bəhruz Kəngərli də yaradıcılığının zirvəsində idi. Onun teatr sahəsində bir çox işləri olub. Bəhruz Kəngərli bir novator kimi tarixə iz salıb. Naxçıvanda ilk dəfə olaraq səhnələşdirilən Cəlil Məmmədquluzadənin "Ölülər" pyesinin səhnə tərtibatını məhz Bəhruz Kəngərli işləyib. Eyni zamanda, Bəhruz Kəngərli həmin tamaşanın arxa səhnəsi üçün dağ mənzərəsi də işləyib. Bəhruz Kəngərlinin atası Şirəli Kəngərli tanınmış elm adamı idi. Hələ Bəhruz balaca olanda onun atası Təbrizdə yaşayan bir yəhudi rəssamla görüşür. Əsərlərinə baxdıqdan sonra oğlunun da istedadının olduğu barədə həmin rəssamla söhbət edir. Həmin rəssam Məhəmməd Peyğəmbərin fotosunu balaca Bəhruz üçün göndərir və deyir ki, onun portretini işlədikdən sonra gətirərsən baxaram. Bir müddət sonra Təbrizə yolu düşən Şirəli həmin portreti rəssama göstərəndə rəssam təəccüblənir. Ali təhsil görməmiş bir uşağın belə istedada malik olması, sözün əsl mənasında, onda maraq doğurur. Bəhruzun istedadı elə kiçik yaşlarından bəlli idi. Atası onu rəssamlığın sirlərini daha da dərindən öyrənmək üçün Tiflis Rəssamlıq Məktəbinə qoyur. Bəhruz təhsil almış ilk azərbaycanlı rəssam idi. O, təhsilini tamamladıqdan sonra Naxçıvana qayıdır. Fəaliyyətini məhz Naxçıvanda davam etdirir. Bəhruz Kəngərli rəngkarlığa bir sıra yeniliklər gətirib. O ilk dəfə olaraq Azərbaycanda realistik üslubda işləyib. O hələ Tiflis Rəssamlıq Məktəbinə daxil olmamışdan əvvəl bir sıra mənzərələr işləyib. Onun təsviri incəsənətin mənzərə janrına sonsuz marağı var idi. Rəssamlıq Məktəbində oxuduğu müddət ərzində rus rəngkarlığının görkəmli simaları Şişkin, Levitan, Kuincinin əsərləri ilə tanışlığı onun üslub və janr seçiminə böyük təsiri olub. Qeyd edək ki, sadaladığımız rəssamlar realist mənzərə üslubunda işləyib. Tiflis Rəssamlıq Məktəbində oxuduğu illər ərzində onun "Yay sabahı", "Qürub", "Kazbek dağı", "Ayın tutulması" və bir sıra əsərləri realist mənzərə üslubunda işlənib. Bu əsərləri 1914-cü ildə Naxçıvanda təşkil olunmuş sərgidə nümayiş olunub. Onun mənzərələri realist üslubda idi. Bundan öncəki zaman çərçivəsində mənzərə janrında bir çox rəssamlarımız işləsələr də, onlar sadəcə olaraq mənzərəni fon kimi istifadə edirdilər. Bu da çox vaxt miniatür janrında daha çox inkişaf edib. Lakin Bəhruzun yaratdığı mənzərələr sırf bir janr kimi realist üslubda idi. Bəhruz Kəngərli mənzərələri Azərbaycan rəngkarlığında bir ilk idi. 1915-ci ildə Bəhruz Kəngərli Tiflis Rəssamlıq Məktəbini bitirib Naxçıvana qayıtdıqdan sonra onun yaradıcılığında Naxçıvandakı tarixi və memarlıq abidələrinin təsviri daha önəmli yer tutur. "İlanlı dağ", "Əshabi-kəhf", "Qızlar bulağı" və s. əsərləri təbiiliyi, dəqiqliyi ilə tamaşaçı marağına səbəb olurdu. Naxçıvan memarlığı Azərbaycan memarlığında bir məktəb formalaşdırıb. Naxçıvan memarlığının önəmli şəxsiyyətlərindən biri, hətta birincisi Əbubəkr oğlu Əcəmi olub. O, Azərbaycan memarlığına önəmli töhfələr verib. Bu memarlıq incilərini Bəhruz Kəngərli bir daha kətana köçürərək tablolarında əks etdirib, sanki bir daha yaradıb. "Möminə xatın", " Kuseyr oğlu Yusif" türbələri, "Nuhun qəbri" və XV əsrə aid olan "İmamzadə" əsərləri bu qəbildəndir. Onu da qeyd edək ki, bu əsərlər sırasında olan, "Nuhun qəbri" , "Atabəy məqbərəsi"ni bir neçə formada-günün bir neçə vaxtında, müxtəlif ölçülərdə və texnikalarda, etüd və yaxud tamamlanmış şəkil kimi işləyib".

İlk portretçi rəssamımız...

Sənətşünasın bildirdiyinə görə, Bəhruz Kəngərli portretçi rəssam kimi də rəssamlığda öz imzasını atıb. Onun yazdığına görə, bir çox portret əsərləri ilə o, yaddaşlarda qalıb": O, portretlərini realizm üslubunda işləyirdi. Onun portret janrında işlədiyi bir sıra silsilə əsərləri var. Hansı ki, zamanın hadisələri ilə bilavasitə səsləşir. O, dövrünün ağrılı-acılı həyat həqiqətlərini öz fırçası ilə tabloda əks etdirərək bütün olanlara öz etirazını məhz belə bildirib. Onun "Qaçqınlar" adlı silsilə portretləri Naxçıvana pənah gətirmiş qaçqınların təsvirləridir. Ən çox onların arasında uşaqların portretləri üstünlük təşkil edir. Onların məsumluğu ilə törədilən vəhşiliklər arasındakı təzadı tamaşaçıya çatdırmağa çalışıb. Onu da qeyd edək ki, Bəhruz Kəngərli Azərbaycan rəssamlığında professional, ali təhsil görmüş ilk rəssam olması ilə yanaşı, həmçinin də ilk portretçi rəssamdır. Onun portret janrında olan tabloları dəqiq, ifadəlidir. Təsvir olunmuş obrazların hiss və duyğularını rəssam dəqiqliklə tamaşaçıya ötürə bilib. Bir sıra görkəmli şəxsiyyətlərin də portretlərinin yaradıcısıdır Bəhruz Kəngərli".

İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

28.10.2026 / 20:13
Üç ərəb ölkəsi Türkiyəyə qarşı gediş etdi - Yunanıstan dəstəkləndi...

28.10.2026 / 20:03
İsrail Prezidenti partiyalara çağırış etdi - “…növbəti seçkiyə imkan verməyin”…

28.10.2026 / 19:53
Qətər ABŞ ilə əldə olunan yeni sazişin mətnini İrana təqdim edib

28.10.2026 / 19:28
Ermənistan növbədənkənar seçkilərə gedə bilər...

28.10.2026 / 19:12
Qətər müharibəyə son qoymaq üçün İrana yeni bir razılaşma təklif etdi

28.10.2026 / 18:56
İrəvandan Bordyujaya cavab - KTMT-yə qayıtmayacağıq...

28.10.2026 / 18:42
Leyla Əliyeva və Arzu Əliyeva “Cənnətin ariyası” layihəsi çərçivəsində konsertdə iştirak ediblər - FOTO

28.10.2026 / 18:22
İpoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edildi

28.10.2026 / 18:10
Azərbaycan Məkkə Konvensiyasını imzaladı

28.10.2026 / 17:55
Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək

28.10.2026 / 17:46
Qarabağın azad edilməsindən sonra Avropa Parlamenti Azərbaycana qarşı 18 qətnamə qəbul edib

28.10.2026 / 17:15
Gözəllik müsabiqəsi qalibinin Trampa qarşı şok ifadələri seçkiqabağı bomba kimi partladı...

28.10.2026 / 17:10
İran + Məkkə Paktı ölkələri İsraili 4 ölkədən çıxmağa çağırdılar - İsrail onları sayacaq?..

28.10.2026 / 16:50
Vətəndaşa cavab verməyən məmurlar 650 manatadək cərimələnəcək

28.10.2026 / 16:33
“Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” haqqında Əsasnamə təsdiqləndi

28.10.2026 / 16:15
Ətin qiymətinə görə Ermənistandan da geridəyik - hesabatı kim yayıb?

28.10.2026 / 15:30
Rusiya BMT-nin Ukrayna məsələsinə qarışmasını rədd etdi...

28.10.2026 / 15:14
Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarıldı...

28.10.2026 / 14:59
Aleşki şəhərindən başladılan atəşkəs bütün Ukraynaya yayıla bilərmi?..

28.10.2026 / 14:43
İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi

28.10.2026 / 14:10
Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi təsdiqlədi...

28.10.2026 / 13:58
"Borcun olması avtomobillərin satışına qadağa qoyulması demək deyil" – Məhkəmə bankın iddiasını rədd etdi...

28.10.2026 / 13:46
“Sapı özümüzdən olan” qüvvələrin təxribatlarına ayıq-sayıqıq" - Allahşükür Paşazadə

28.10.2026 / 13:44
"Xaos, korrupsiya, qəddarlıq, səriştəsizlik" - Obama Trampın 2 ilini yıxıb-sürüdü...

28.10.2026 / 13:30
Media və Yayım Şurasında Somalinin informasiya, mədəniyyət və turizm naziri ilə görüş keçirildi - FOTO

28.10.2026 / 13:21
Tramp Rubionu paraşütlə Kubaya atmağı təklif etdi – “problemi iki dəqiqəyə həll edər"...

28.10.2026 / 13:08
Belqradda İsrail səfirliyinə bıçaqla hücum edən naməlum şəxs öldürüldü...

28.10.2026 / 12:54
Tramp İranla münaqişənin o istədiyi vaxt bitəcəyini deyir...

28.10.2026 / 12:51
ROZA TÖREKULOVNA AYTMATOVANIN ƏZİZ XATİRƏSİNƏ

28.10.2026 / 12:40
Bakıda dizellə işləyən avtobuslar istismardan çıxarılır - tarix AÇIQLANDI

28.10.2026 / 12:23
Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borcunu 20 dəfə üstələdi...

28.10.2026 / 12:10
Azərbaycanın dövlət borcu açıqlandı

28.10.2026 / 11:48
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

28.10.2026 / 11:35
Sükan arxasında telefonla danışan sürücülərin nəzərinə - 50 manat cərimə gəlir...

28.10.2026 / 11:20
Azərbaycan Məkkə Konvensiyasına qoşulur...

28.10.2026 / 11:12
"Çexiya ilə əlaqələrin dinamik inkişaf etməsi bizi sevindirir" - Prezident

28.10.2026 / 11:10
Bordyuja Ermənistanın KTMT-dən qovulmasını təklif etdi – “özləri çıxsalar yaxşı olar”...

28.10.2026 / 11:06
Prezident İlham Əliyev Petr Paveli təbrik edib

28.10.2026 / 10:47
Prezident: "Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir"

28.10.2026 / 10:43
"Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına xüsusi önəm verir" - Prezident

28.10.2026 / 10:41
Prezident İlham Əliyev İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin iclasının iştirakçılarına müraciət etdi

28.10.2026 / 10:39
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - SİYAHI AÇIQLANDI...

28.10.2026 / 10:28
İsraildə seçki düyünü – heç kim təkbaşına hökumət qurmaq üçün lazım olan səsi toplaya bilmədi...

28.10.2026 / 10:11
Azərbaycan nefti ucuzlaşdı - 122 dollar...

28.10.2026 / 09:56
ABŞ “Patriot”larını Yaxın Şərqə yığır…

28.10.2026 / 09:30
Tramp tezliklə Putin və Zelenski ilə görüşəcəyini açıqladı.

28.10.2026 / 08:35
Türkiyədəki “sərmayə olayı” Pasifik Holding-i də vurdu - aktivləri donduruldu

28.10.2026 / 08:21
İsraildə parlament seçkilərində pat vəziyyəti yaranıb - exit-pollar nəticə açıqlaya bilmir

28.10.2026 / 06:26
Türkiyədə səs-küylü “Starlink əməliyyatı” - 85 nəfər saxlandı

27.10.2026 / 22:37
Qazaxıstan rusiyalı avtomobil alıcılarına sanksiya tətbiq etdi – ruslara maşın satışından imtina edilir...

27.10.2026 / 22:15
Konqres Rusiyadan dizel yanacağı alan Amerika şirkətlərini həbslə hədələdi...

27.10.2026 / 21:51
Paşinyan “dövlətyönümlü yeni müxalifətin yaradılması” kursuna başlayır...

27.10.2026 / 21:33
Rusiya bir neçə ayda Ukraynada 240 kv.kilometr ərazi itirdi...

27.10.2026 / 21:16
Vuçiç getdi - Serbiyanın yeni dönəm Azərbaycan siyasəti suallar doğurmağa başladı...

27.10.2026 / 21:04
Ramiz Mehdiyevə hökm oxundu - 14 il iş, bütün əmlakı da müsadirə olundu...

27.10.2026 / 20:59
“Azərbaycan xalqından, 30 il yurdundan məhrum edilmiş insanlardan üzr istənilməlidir” - YENİ TƏLƏB...

27.10.2026 / 20:45
90 faizlik seçici dəstəyi Paşinyanı qorxutdu - mövcud müxalifəti məhv edib yenisini yaradacaq...

27.10.2026 / 20:31
AK Parti iqtidarı Kipr məsələsində güzəştə gedə bilərmi?..

27.10.2026 / 20:17
ABŞ və İsrail İrana qonşu ölkədən (?) hücum edəcəklər...

27.10.2026 / 20:04
Zəfərdən sonra Azərbaycanın qəsdinə qalxmış 3 ölkənin biri Əliyevin qəbuluna gəldi...

27.10.2026 / 19:45
Bakı Təşəbbüs Qrupu Fransanın Korsika qərarını sərt tənqid etdi - Makron rejimi qorxur...

27.10.2026 / 19:28
Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası olub

27.10.2026 / 19:12
Avropadan Putinə bir ildən sonra ilk dəfə zəng gəldi – biz öz adımızdan danışırıq...

27.10.2026 / 18:56
Azərbaycan Rusiya ilə təbii qaz alışı sazişi imzalayacaq...

27.10.2026 / 18:43
Serbiyada "ağıllı həkimlər" Vuçiçin 14 illik hakimiyyətini yıxdılar...

27.10.2026 / 18:29
İran indi də Özbəkistana ərazi iddiası edir, Səmərqəndə dil uzadır

27.10.2026 / 18:14
Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi

27.10.2026 / 18:02
Azərbaycana mal əti idxalı kəskin artdı - yerli istehsal "ölür", bazar bahalaşır...

27.10.2026 / 17:52
Əli Əsədov İƏT-in baş katibi ilə Azərbaycanın təşkilata sədrliyini müzakirə edib - FOTO

27.10.2026 / 17:44
Milli Azərbaycan ideyası beynəlxalq forumda yenidən gündəmə gətirildi...

27.10.2026 / 17:35
Leyla Əliyeva Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Məhəmməd Əbdülsalam ilə görüşüb - FOTO

27.10.2026 / 17:27
Azərbaycanda yeni Komissiya yaradılır

27.10.2026 / 17:20
Azad edilmiş ərazilərdə ən böyük memorial kompleks Ağdamda yaradılacaq...

27.10.2026 / 17:06
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb - FOTO

27.10.2026 / 16:49
İvanişvili Gürcüstanda bütün antirus partiyaları qadağan edir...

27.10.2026 / 16:45
Tramp İrana qarşı yeni əməliyyatlar qərarını heç cür verə bilmir...

27.10.2026 / 16:37
AMEA alimləri Pezeşkiana çağırış etdi - İranda azərbaycanlılar üçün ana dilində məktəblər açılsın...

27.10.2026 / 16:30
Hakimlər qarşısında tələb qoyuldu - süründürməçiliyə və təhqirə yol verilməsin!

27.10.2026 / 16:17
Zəngəzur dəhlizində erməni sərhədçilər yalnız müşahidəçi olacaq – ABŞ səfirliyi açıqladı...

27.10.2026 / 16:01
Oktay Saral Azərbaycana qarşı hicab iddialarından hələ imtina etməyibmiş...

27.10.2026 / 15:46
Prezident, birinci xanım və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” sərgisi ilə tanış olublar - FOTO

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ