Cümə günü, 06 noyabr 2026
     

Qanunsuz tikililər düyünü çözülmür - həm dövlət, həm də vətəndaş itirir…

Image


Sənədsiz evlərin qeydiyyatı, yəni həmin evlərə mülkiyyət hüququnun tanınması ilə bağlı məsələ hələ də aktuallığını qoruyur. Məsələni yenidən gündəmə gətirən hallardan biri isə iqtisadiyyat naziri Mikayıl Cabbarovun açıqlamalarıdır. Mikayıl Cabbarov “Dünyada mənzil üçün qeyri-rəsmi yaşayış məntəqələrinin və gecəqonduların dəyişdirilməsi” mövzusunda keçirilən tədbirdə diqqətə çatdırıb ki, qanunsuz tikililər üçün edilən sadə bir amnistiya müəyyən bir zaman kəsiyində bəzi sosial qayğıları həll edə bilsə də, gələcəkdə qeyri-qanuni tikintiləri daha da stimullaşdıra bilər.

Nazir vurğulayıb ki, son illərdə çoxmənzilli yaşayış binalarının istismarına icazə verilməsi prosedurlarının sadələşdirilməsi istiqamətində bir sıra mühüm addımlar atılıb: “Həmçinin əsas şəhərsalma standartlarına cavab verən fərdi evlər və bu tipli qeyri-formal yaşayış məskənləri üçün müəyyən amnistiyalar tətbiq etmişik. Bununla belə, təcrübəmiz göstərdi ki, leqallaşdırma məsələsinə çox ehtiyatla yanaşmaq lazımdır. Çünki qanunsuz tikililər üçün edilən sadə bir amnistiya müəyyən bir zaman kəsiyində bəzi sosial qayğıları həll edə bilsə də, gələcəkdə qeyri-qanuni tikintiləri daha da stimullaşdıra bilər”.

Nazirin sözlərinə görə, bu, gələcəkdə təhlükəli evlərin tikilməsinə, torpağın nizamsız istifadəsinə və əkin sahələrinin, meşələrin, suların, həmçinin mühüm obyektlərin zərər görməsinə səbəb ola bilər. Azərbaycanda artıq uzun illərdir ki, evlərin sənədləşdirilməməsi problemindən bəhs edilir. Bəzi ekspertlərin hesablamalarına görə, təkcə paytaxt Bakıda 500 min civarında sənədsiz ev var. Belə tikililərin əksəriyyəti 1990-cı illərdən sonra şəhərətrafı ərazilərdə və bəzi kənd yaşayış məntəqələrində fərdi şəkildə tikilib. Bu evlərin inşası zamanı əksər hallarda müvafiq icazə sənədləri – tikinti pasportları, torpaq təyinatı və sərhədlərin təsdiqi, memarlıq planlaşdırma sənədləri alınmayıb. Məsələn, Bakı şəhərinin Sabunçu, Suraxanı və Binəqədi rayonlarında, eləcə də Sumqayıt, Xırdalan, Gəncə və Mingəçevir kimi şəhərlərdə bu cür minlərlə ev qeydə alınıb. 2023-cü ilin oktyabrından etibarən belə evlərə su, qaz, işıq və kanalizasiya xətlərinin çəkilməsinə məhdudiyyətlər tətbiq olunub. İnsanlar həmin evlərdə qeydiyyata düşə bilmədikləri üçün tibbi sığorta və digər sosial imtiyazlardan da tam yararlana bilmirlər. Burada onu da xatırladaq ki, hələ 2011-ci ilin martında Bakı Şəhər İcra Hakimiyyətində keçirilən müşavirədə prezident İlham Əliyev rəsmi icazə olmadan tikilmiş evlərin sənədləşdirilməsi ilə bağlı xüsusi tapşırıq verib. 2019-cu ilin mayında isə BŞİH başçısı Eldar Əzizov bildirmişdi ki, prezident Əliyev onu şəxsən qəbul edərək yerlərdə görüşlər keçirməyi tapşırıb: "10 il, 20 il, 30 il yaşadığı evi rəsmiləşdirə bilməyən sakinlər var. Hazırda məsələ ilə bağlı yaradılmış komissiya çalışır. Prezident İlham Əliyev tərəfindən müvafiq sənəd hazırlanır. Əminəm ki, sənədsiz evlər məsələsi bütün ölkə üzrə birdəfəlik öz həllini tapacaq". Lakin problem hələ də öz həllini tapmamış qalır. Kommunikasiya xətlərinin keçdiyi ərazilərdə və dəmir yollarının xüsusi mühafizə zolaqlarında inşa edilən tikililər barədə tədbirlərin görülməsi məsələsi bunlar fonunda gündəmdən düşmür və tez-tez belə tikililərin sökülməsinin vacibliyi barədə fikirlər səslənir. Azərbaycan Konstitusiyasına əsasən, dövlət hər bir vətəndaşını yaşayış sahəsi ilə təmin etməyə və onun mənzil hüququnu tanımağa borcludur. Lakin mövcud vəziyyət elədir ki, dövlət hər bir vətəndaşını mənzillə təmin edə bilmir. Vətəndaşlar isə məcburiyyət qarşısında qalaraq özlərinin sığınacaq problemini müxtəlif vasitələrlə həll edirlər. Amma belə tikililərin böyük əksəriyyətində torpağın tam fərqli təyinatı olduğuna görə qanunvericiliklə çıxarışın verilməsi düzgün sayılmır. Belə olduğu təqdirdə, burada itirən iki tərəf olur - dövlət büdcəsi və vətəndaş. Çünki vətəndaşa lazım olan mülkiyyət hüququnun tanınmasıdır, çıxarışdır. Dövlət üçün isə həmin çıxarış olduqdan sonra əmlak vergiləri, mənzillərin satışı zamanı hər kvadrata görə ödənilən vergidir. Çıxarışı olmayan həmin əmlaklar bank, ipoteka predmetinə çevrilə bilmir. Amma qanunsuz tikililər - çıxarış verilməyən ərazilərdəki tikintilər fərdi həyət evlərinin alqı-satqısı bu gün də davam edir.

Onu da qeyd edək ki, 2026-cı ilin “Şəhərsalma və Memarlıq ili” elan edilməsi plansız tikililər, riskli zonalarda yerləşən və çıxarışı olmayan yaşayış sahələrinin taleyini yenidən gündəmə gətirib. Bundan başqa, dövlət başçısının daşınmaz əmlakın qeydiyyatına dair 16 iyul 2025-ci il tarixli fərmanı ilə həmin əmlakın qeydiyyatına aid hüquqi təminat və qanunvericilik bazası daha da təkmilləşdirilib. Elə həmin vaxt Əmlak Məsələləri Dövlət Xidmətindən ölkə rəhbərinin imzaladığı fərmana əsasən, 100 minə yaxın sənədsiz evin qeydiyyata alınmasının nəzərdə tutulduğu bildirilib. Ən önəmli dəyişikliyin isə, yeni tənzimləmələrə uyğun olaraq, yaşayış və bağ evlərinə dair texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunan texniki pasportlar hüquqmüəyyənedici sənədlərin siyahısına əlavə edilib. Mütəxəssislərin qiymətləndirməsinə görə, yeni hüquqi mexanizmlərin tətbiqi nəticəsində ilkin mərhələdə 100 minə yaxın sənədsiz evə çıxarış verilməsi mümkün ola bilər. Bu isə ölkədə on minlərlə ailənin sosial rifahına bilavasitə təsir edəcək, onların hüquqlarını qorumaqla yanaşı, dövlət və bələdiyyə orqanları ilə münasibətlərini də rəsmiləşdirəcək. Ekspertlərin sözlərinə görə, sənədsiz evlərin leqallaşdırılması prosesi, eyni zamanda, şəhərsalma və infrastruktur inkişafı ilə uyğun şəkildə aparılmalıdır. Vahid elektron informasiya bazasının yaradılması, ərazilərin təyinatı, yol, su, elektrik, kanalizasiya və digər infrastrukturun mövcudluğu kimi amillər nəzərə alınaraq, planlı yanaşma formalaşdırılmalıdır. Bununla belə, qanunsuz tikililər, magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində inşa edilmiş evlərin taleyi hələ də açıq qalır. Burada bir sıra məsələlərin həlli vacibdir. Xüsusən də, nisbətən təhlükəli hesab edilən evlərlə bağlı addımların atılması zəruridir. Bu evlərin bir qismi ya neft buruqlarının, ya da yüksək gərginlikli elektrik xətlərinin, nəqliyyat qovşaqlarının yaxınlığında inşa edilib. Belə evlərlə bağlı da problemin həll yolu dalana dirənmiş haldadır.

Ramil QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ