Bir vaxtlar "Qalatasaray", "Atletiko Madrid" və "Barselona"nın şərəfini qorumuş keçmiş türkiyəli futbolçu Arda Turan bloger həyat yoldaşı Aslıhan Turana yeni avtomobil alıb. Türkiyə mətbuatının yazdığına görə, o, xanımı üçün "Rolls-Royce Cullinan" markalı maşını seçib. Turan avtomobilə 2.1 milyon avro ödəyib. Xatırladaq ki, A.Turanın baş məşqçisi olduğu "Eyüpsor" tarixində ilk dəfə bu mövsüm Superliqaya yüksəlib.
Mətləb Salahov