Bazar günü günü, 08 noyabr 2026
     

İqlim dəyişmələrinin Azərbaycanda fəsadları daha böyük imiş...

Image


Məlum olduğu kimi, bir neçə gün öncə "Azərkosmos" qlobal iqlim dəyişikliyinin Azərbaycanda təsirinə dair hazırladığı rəqəmsal iqlim platformasını ictimaiyyətə təqdim edib. Platforma "Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunmuş konfransda nümayiş olunub.

Konfrans çərçivəsində, rəqəmsal iqlim hesabatı ilə yanaşı, "Azərkosmos" özünün "Yaşıl siyasət" sənədini qəbul etdiyini açıqlayıb. Belə ki, ötən ildən BMT-nin "Qlobal Saziş" təşəbbüslərinə qoşulan "Azərkosmos" öz əməliyyatlarında kosmik aparatların inkişafı, buraxılışı, orbitdəki fəaliyyətini və kosmik obyektlərin idarə edilməsi zamanı ətraf mühitə təsirini minimuma endirməyi hədəfləyir. Qeyd edək ki, iki dildə hazırlanmış yeni rəqəmsal platformada iqlim dəyişikliklərinin kosmik təsvirlər əsasında müqayisəli təhlili aparılıb. Platformadakı təhlillər beş istiqaməti – qar örtüyü və buzlaqlar, su ehtiyatları, quraqlıq və şoranlaşma, kənd təsərrüfatı əraziləri və atmosferin dəyişməsini əhatə edir. Sənəddən belə bəlli olur ki, qlobal iqlim dəyişmələri ölkəmizə də təsirsiz ötüşməyib. Belə ki, son 100 ildə Azərbaycanda orta illik temperatur artıb. Ümumiyyətlə, peyk görüntüləri təməlində aparılan araşdırmanın nəticələri Azərbaycan üçün heç də ürəkaçan deyil. Məsələ burasındadır ki, iqlim dəyişiklikləri bir çox sahələrdə Azərbaycana ciddi təhlükələr törədir. Peyk təsvirlərinin təhlilinə əsasən, Böyük Qafqaz, Kiçik Qafqaz və Talış dağlarında son 7 ildə buzlaq sahələrində ortalama 18 faiz azalma müşahidə olunub. Həmçinin son 30 ildə Xəzər dənizinin səviyyəsi 2 metr azalıb. Ölkə üzrə quraqlıq səviyyəsinin qiymətləndirilməsi zamanı müəyyən olunub ki, Azərbaycan ərazisinin 15 faizi çox yüksək quraqlıq risqi altındadır. Ölkə ərazisində yanğınların kosmik monitorinq təhlilinə əsasən, ötən ildə ümumilikdə 10 563 hektar ərazinin yandığı müşahidə edilib. Həmçinin atmosferin tərkibini dəyişdirən zərərli qazların dəyərləri də ilbəil artıb.   Peyk görüntüləri əsasında aparılan araşdırmanın əsas istiqamətlərindən biri su çatışmazlığı problemidir. Artıq temperatur və yağıntı həcmlərində dəyişikliklərin Azərbaycanın kənd təsərrüfatına təsirləri görünməkdədir. Məsələnin bir özəlliyi də budur ki, yerüstü su axımının 70 faizə qədəri ölkəyə qonşu dövlətlərdən gəlir. "Azərkosmos"un fikrincə, yaxın gələcəkdə həmin dövlətlərin də suya tələbatı artacaq və ərazilərindəki su ehtiyatları azalacaq. Beləcə, qıtlaşan su ehtiyatları uğrunda regional rəqabət artacaq. "Azərkosmos"un peyk görüntülərinə dayanaraq apardığı hesablamalar göstərir ki, ölkədəki su anbarlarının da çoxunda azalmalar baş verib. Məsələn, 2017-ci ildə ölkənin ən böyük su anbarı olan Mingəçevir su anbarının güzgü səthinin sahəsi 48 min 259 hektar idisə, ötən il bu rəqəm 46 min 438 hektara enib. Deməli, 2 min hektara yaxın azalıb. "Azərkosmos"un hesablama apardığı digər su anbarlarından Araz su anbarında bu azalma 1 min 800 hektar, Yenikənd su anbarında 74 hektar, Taxtakörpü su anbarında isə 286 hektar olub. Göstəriciləri açıqlanan beş su anbarından yalnız Şəmkir su anbarının güzgü səthinin sahəsi 2017-ci ildən bəri artıb və 5 min 650 hektardan 8 min 993 hektara yüksəlib. "Azərkosmos" peyk görüntüləri ilə ölkənin ən böyük çayı olan Kür çayını da monitorinq edib. Həmin görüntülərin təhlili göstərir ki, 2020-ci ildə Kürün Salyan şəhəri yaxınlığından keçən hissəsində çayın orta eni 101 metr idisə, 2023-cü ilin eyni dövründə bu göstərici 93 metrə enib. Bununla, üç il ərzində Kürün orta eni 8 metr azalıb. Müşahidə aparılan dövrdə Kürün eninin ən az olduğu dövr 2021-ci ilin fevralıymış. Həmin vaxt Kür çayının Salyan şəhəri yaxınlığından keçən hissəsində orta en göstəricisi 68 metrə qədər geriləyib. Başqa deyimlə, 2020-ci illə müqayisədə 33 metr azalıb.

"Azərkosmos"un Kür çayında apardığı digər araşdırma çaya dəniz suyunun qarışması ilə bağlıdır. Son illərin bilgilərinə görə, Kür çayında suyun səviyyəsinin hədsiz dərəcədə aşağı düşməsi nəticəsində Xəzər dənizinin suyu Kürə qarışıb. Bu ekoloji hadisə Kürün Xəzərə töküldüyü yerdə - çayın mənsəbində hələ də gözə çarpır. Qurum peyk görüntülərinə dayanaraq, Xəzər dənizində suyun səviyyə dəyişikliklərini də araşdırıb. Bu məqsədlə 1993 və 2023-cü illərə aid peyk görüntülərindən istifadə edilib. 30 illik optik peyk görüntülərinin müqayisəsi göstərir ki, bu müddət ərzində sahil xəttinin müxtəlif yerlərində 500 kvadratkilometr ərazidə dəniz suyu çəkilib. Suyun səviyyəsində ən çox dəyişikliklər Qızılağac qoruğunda, Kür çayının mənsəbində, Giləzi dilimi, Pirallahı və Çilov adaları istiqamətlərində baş verib. Son 30 ildə Xəzərdə suyun səviyyəsi 2 metr enib, bunun da 1.5 metri son beş ildə baş verib. Hesablamalara əsasən müəyyən edilib ki, bu müddətdə Qızılağac qoruğunda su hövzələrinin 40 faizi, bataqlıqlarınsa 52 faizi itirilib. Bilindiyi kimi, digər araşdırmalar da Xəzərdə ekoloji durumun pisləşdiyini göstərib. Məsələn, Bakının bir müddət öncə yayımlanan Baş planında deyilir ki, Xəzərə axan əsas çaylarda və dənizin özündə müxtəlif zəhərli maddələrin yığılması nərə balıqlarının fiziologiyasında və reproduktiv sistemində dəyişikliklər doğurub. Başqa bir misal: çirklənmə Xəzərdəki dişi suitilərin bir çoxunda sonsuzluğa gətirib çıxarır. Bu, bütövlükdə suiti populyasiyasına ciddi təhlükə yaradır. Xəzər dənizindəki dişi suitilərin 70 faizinin sonsuz olduğu düşünülür. "Azərkosmos"un İdarə Heyətinin sədri Saməddin Əsədov qeyd edib ki, ölkəmizdə iqlim dəyişikliyinin kosmik monitorinqlər əsasında ilk belə müfəssəl rəqəmsal hesabatı "Azersky" peyki sayəsində ərsəyə gəlib. Kosmik texnologiyaların üstünlüyü ondadır ki, Yer səthini müşahidə edən peyklər mövcud vəziyyətin və proseslərin dəyişmə dinamikasını araşdırmaqda aktual və optimal üsuldur. Peyk resursları böyük, əlçatmaz ərazilərin effektiv qiymətləndirilməsi üçün maddi xərclər və resurs baxımından optimaldır. Beləliklə, iqlim dəyişikliklərinin Azərbaycana da təsirinin sürətlə artması müşahidə olunur. 

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış edirlər - CANLI YAYIM

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi keçirilib

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ