şənbə günü, 07 noyabr 2026
     

Vaşinqton görüşündən sonra Azərbaycanın Qarabağ diplomatiyasına ABŞ-ın dəstəyi daha da artacaq…

Image


Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla onun erməni həmkarı Zöhrab Mnatsakanyan arasında Vaşinqtonda baş tutacaq görüş ərəfəsində okeanın o tayından maraqlı bir açıqlama gəlib. Belə ki, iyunun 20-də Vaşinqtonda baş tutacaq Qarabağ danışıqlarına ABŞ pezidentinin milli təhlükəsizlik müşaviri Con Bolton vasitəçilik edəcək.

Xatırladaq ki, nazirlər arasında növbəti görüşdə ATƏT-in Minsk Qrupu həmsədrləri dəd iştirak edəcək. Daha əvvəl isə eyni formatda görüş bu ilin yanvar ayında Parisdə və aprel ayında Moskvada baş tutub. Elə bundan sonra iki ölkə xarici işlər nazirlərinin üçüncü görüşünün ABŞ-da keçirilməsi üçün razılaşma əldə olunmuşdu. Məlumatlara görə, əvvəlki görüşlərdən fərqli olaraq, bu dəfə keçiriləcək görüşün mühüm bir xüsusiyyəti var və bu xüsusiyyət siyasi mesaj kimi qəbul edilir. Belə ki, Rusiyada baş tutmuş Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü Rusiya xarici işlər naziri Sergey Lavrovun himayəsi altında keçirildi. ABŞ-dakı diplomatik mənbələrin verdiyi məlumatlara görə, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşündə Birləşmiş Ştatların dövlət katibi Mayk Pompeo iştirak etməyəcək. ABŞ tərəfindən bu görüşün məhz Bolton tərəfindən koordinasiya edilməsi isə təsadüfi sayılmır. Belə ki, ötən il regionda səfərdə olan Bolton Qarabağ münaqişəsinə kifayət qədər bələd şəxs sayılır. Onun münaqişəyə dair  mövqeyi də kifayət qədər aydındır. Belə ki, ötən il İrəvanda olarkən Bolton Ermənistan hakimiyyətini Azərbaycan və Türkiyə ilə anlaşmaq, regiondakı inteqrasiya proseslərinə və meqalayihələrə cəlb olunmaq üçün Qarabağ məsələsinin həlli yönündə real addımlar atmağa çağırmışdı. Xatırladaq ki, bu ilin yanvarında prezident Donald Tramp da baş nazir seçilməsi münasibətilə Nikol Paşinyana göndərdiyi təbrik məktubunda eyni mesajı təkrarladı, bildirdi ik, Ermənistan öz qonşuları ilə əlaqələri qaydaya salmadan ABŞ-la əlaqələr inkişaf etməyəcək.

Yayılan məlumatlardan isə belə bəlli olur ki, ABŞ münaqişənin həllində “Bolton planı”nın işə düşməsində maraqlıdır. “Bolton planı” sülhə əvəz olaraq ərazilər düsturunu nəzərdə tutur.  Erməni mediası özü də açıq etiraf edir ki, “Bolton planı”nda Dağlıq Qarabağın müstəqil statusu nəzərdə tutulmur, çünki plan onun Azərbaycanın tərkibində olmasına hesablanıb, sülhməramlılar yoxdur və yalnız sülh vədi var. Bütün bunlar fonunda Boltonun vasitəçiliyi ilə nazirlərin ABŞ görüşündə hansı nəticələrin əldə olunacağı xüsusi maraq doğurur. Qeyd edək ki, bu, ABŞ-ın birbaşa vasitəçiliyi ilə uzun müddətdən bəri təşkil edilən ilk Qarabağ müzakirələridir. Gözlənir ki, nazirlərin görüşünün ardınca Azərbaycan və Ermənistan rəhbərləri də Vaşinqtonda danışıqlar aparacaq. Nazirlərin görüşü ilə bağlı ABŞ prezidentinin milli təhlükəsizlik müşavri özü əlavə edib ki, Vaşinqton regionda sülhün əldə olunmasına dəstək verməyə hazırdır. Onu da qeyd edək ki, Bolton Tramp administrasiyasında “qırğılardan” hesab edilir və administrasiyanın xarici siyasətində əsas söz sahiblərindən biridir. Hazırda ABŞ-ın Qarabağa dair siyasətini də o koordinasiya edir. Erməni mediası yazır ki, Boltonun Qarabağ fəallığı İrəvan üçün müsbət heç nə vəd etmir. Amma Ermənistandan fərqli olaraq, Azərbaycanda ABŞ, o cümlədən də Boltonun Qarabağ münaqişəsi ətrafında fəallığına müsbət yanaşılır. 

Politoloq Zaur Məmmədov məsələyə o fonda yanaşır ki, Azərbaycan və ABŞ arasında münasibətlər günü-gündən inkişaf edir. Bu, həm də Boltonun bölgəyə səfərindən sonra isinən ikitərəfli münasibətlərlə bağlıdır. Bu mənada o vurğulayıb ki, Vaşinqtonda baş tutacaq görüş münaqişənin həllində böyük rol oynayacaq: “Bolton artıq sosial şəbəkədə də Azərbaycan və Ermənistan XİN başçılarını səbrsizliklə gözlədiyini yazıb. ABŞ “Əsrin müqaviləsi” imzalanandan sonra regionda daha çox iqtisadi sahələrdə aktiv idi. İndi isə Rusiya ilə davam edən geosiyasi qarşıdurma nəticəsində öz strategiyasının mühüm xətti olan Rusiyanın cənubunda da fəallaşmaqdadır. Baltikyanı ölkələr və Şərqi Avropadan sonra Qara dəniz vasitəsilə Cənubi Qafqaza istiqamətlənən ABŞ hər iki münaqişə tərəfi ilə ciddi söhbətlər edəcək. Azərbaycan-ABŞ münasibətləri bu il ərzində yüksələn xətt üzrə inkişaf etməkdədir. Regionda son hadisələr Azərbaycanı Vaşinqtona daha da yaxınlaşmağa vadar edir. Buna görə də hesab edirəm ki, rəsmi Vaşinqton münaqişənin həlli üçün lazımi addımları atacaq”. Politoloq Ermənistanın ABŞ-la olan münasibətindən də danışıb: “Ermənistan-ABŞ münasibətlərində isə ciddi problemlər var. Guya qərbçi olan Paşinyan da bu münasibətləri düzəltmək iqtidarında deyil. Vaşinqton Rusiya ilə sıx əlaqədə olan heç bir ölkəyə maliyyə yardımı etmək istəmir. Təsadüfi deyil ki, düşmən ölkədəki seçkilərdən sonra da İrəvandan bir neçə dəfə yüksək heyətin Ağ Evə və Dövlət Departamentinə səfərləri onların qapı arxasında qalmaları ilə nəticələndi. Ermənilərə dəstək, ən yaxşı halda, Konqresdə davam edəcək.

İş orasındadır ki, indi Vaşinqtonda oturan yəhudi lobbisinin əsas məqsədi İranı zəiflətməkdir. Ermənistan isə blokada məsələsini bəhanə gətirərək, İranla münasibətlərində əvvəlki kimi çirkli pulların yuyulması, qanunsuz narkotik ticarəti, müəyyən silahların daşınması və sair davam etdirir. Səhv etmirəmsə, 2003-cü ildə “Vikiliks” də bu haqda məlumat yaymışdı. Ancaq ABŞ-dakı erməni lobbisinin səyi nəticəsində bütün bu illər ərzində ABŞ İrəvanı İranla münasibətlərinə görə heç vaxt sıxışdırmır. Lakin artıq vəziyyət dəyişir”. Bütün bu şərtlərlə əlaqədar hesab edilir ki, ABŞ-ın Ermənistana Qarabağ məsələsi ilə bağlı təzyiqlərini artırması tamamilə gözləniləndir.  Bunu şərtləndirən mühüm amillərdən biri də Azərbaycanın ABŞ üçün artan əhəmiyyətidir.  Faktdır ki, Amerika üçün Cənubi Qafqazda regional əhəmiyyətli geosiyasi-hərbi, iqtisadi, sosial, nəqliyyat-logistik, enerji, təhlükəsizlik kimi məsələləri Azərbaycanla əməkdaşlıq əsasında qurmaq ciddi əhəmiyyət kəsb edir. Eyni zamanda, belə vəziyyətdə ABŞ Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli ilə Azərbaycanın Cənubi Qafqazın lider dövləti olması faktı arasında sıx bağlılığın olduğunu qəbul edir. Bu, geosiyasi kontekstdə ciddi önəm kəsb edir. Çünki başa düşülür ki, münaqişəni ədalətli şəkildə həll etməkdən başqa yol yoxdur. Digər tərəfdən, ABŞ Avropanın enerji təhlükəsizliyinin təmini ilə regional geosiyasi təhlükəsizlik sahəsində uğurlu modelin qurulması arasında uyğunluğun saxlanmasında Azərbaycanın həlledici rolunu anlamağa başlayıb. Bunun konkret əlamətlərindən biri Vaşinqtonun tədricən Azərbaycanın real geosiyasi statusunu qəbul etməyə doğru getdiyini nümayiş etdirməsidir. Artıq faktdır ki, ABŞ da daxil olmaqla, Qərbin siyasi liderləri Avropanın enerji təhlükəsizliyində Azərbaycanın həlledici rolunu açıq etiraf edib. Bu isə Azərbaycana yanaşma tərzini dəyişməyə vadar edir. Eyni zamanda reallıq göstərir ki, Vaşinqton Azərbaycanla ikitərəfli əlaqələrə artıq daha böyük ölçüdə qlobal geosiyasi dinamika kontekstində baxır. Bu baxımdan Azərbaycanın dünya siyasətinə, təhlükəsizlik məsələlərinə, əməkdaşlıq modellərinin inkişafına verdiyi töhfələrlə regionun digər iki ölkəsinin, yəni Ermənistan və Gürcüstanın cəm halında verdiyi töhfələr müqayisə belə oluna bilməz. Azərbaycan onların cəmindən qat-qat üstün səmərə verir. Bu səbəbdən də Azərbaycanla regionun aparıcı ölkəsi kimi münasibət qurmaq bütövlükdə ABŞ üçün sərfəlidir. Elə bu üzdən də Vaşinqtonun Cənubi Qafqaz siyasətində ciddi dəyişikliklər qaçılmaz sayılır. Bu dəyişikliklər isə həm də özündə Qarabağ münaqişəsinin ədalətli həllini ehtiva edir. Hazırda ABŞ nəzərə alır ki,  Cənubi Qafqaz Çin, Rusiya, İran kimi böyük dövlətlərin diqqət mərkəzində olan bir regiondur. Bu baxımdan ABŞ-ın burada mövqelərini möhkəmləndirməsi və Dağlıq Qarabağ münaqişəsini həll etməsi Amerikanın nüfuzunu və bölgədə sabitliyi artıra bilər. Bundan başqa, bu, ABŞ-a şərait yaradar ki, həm geosiyasi planlarını, həm də enerji layihələrini uğurla həyata keçirsin. ABŞ başa düşür ki, Azərbaycanla yaxınlaşmadan Cənubi Qafqaz regionunda mövqeyini möhkəmlədə bilməz. Azərbaycana yaxınlaşmağın yolu da Qarabağ münaqişəsinin ədalətli həllindən keçir. Məsələnin bu tərəfinə nəzər salan rusiyalı ekspert Aleksey Fenenko isə bildirir ki, əslində, Ermənistanda yaranan vəziyyət fonunda böyük dövlətlər Qarabağ münaqişəsinin həllini tezləşdirə bilər: “Məlumdur ki, Paşinyan “Qarabağ klanı”nın onunla hesablaşmadığını düşünür və ona təzyiq edir, eyni zamanda ikincilər də baş nazirdən narazıdır. Düzdür, hazırda Paşinyan “Qarabağ klanı”ından güclüdür. Mən xalq dəstəyindən danışırıam, hərçənd, son zamanlar bu dəstək zəifləyir. Ermənilər ötən il baş verən inqilabı qəbul etdilər. Paşinyan bu gücdən istifadə edərək, “Qarabağ klanı”na təzyiq edir. O istənilən vaxt deyə bilər: “Özünüzü pis aparacaqsanız, Qarabağa maliyyə dəstəyini kəsəcəyik, onda Azərbaycanla təkbətək qalın”. Bunun qarşısında “Qarabağ klanı” ona təsir edə bilmir. Bununla yanaşı, Paşinyanda Qərbin onu qəbul etdiyi haqda təsəvvür var. “Qarabağ klanı”nda isə belə imkan yoxdur. Paşinyan bundan sonra yalnız ona verilən missiyaya uyğun siyasət həyata keçirə bilər. Bu, Rusiyadan və Avrasiya strukturlarından uzaqlaşmaqdır. Əks halda Qərb, o cümlədən də ABŞ  Paşinyana təzyiqləri artıracaq. Bu isə mütləq mənada Qarabağ məsələsində də öz əksini tapacaq. Yaxın tezlikdə münaqişə ilə bağlı müəyyən yeniliklərin olması tamamilə gözləniləndir”.

Beləliklə, qeyd edilənlərdən bəlli olur ki, Azərbaycan və Ermənistan rəsmilərinin ABŞ-da baş tutacaq təmaslarından sonra Qarabağ münaqişəsinin həlli istiqamətində müəyyən dəyişikliklər qeydə alına bilər.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ