Bazar ertəsi günü, 09 noyabr 2026
     

Ermənistanda yeni diktatura dönəmi başlanır – daha bir nazir həbs olunmaq ərəfəsində…

Image


Ermənistanda 9 dekabrda keçiriləcək növbədənkənar parlament seçkilərinə az bir müddət qalmış ölkədə güc strukturları tərəfindən yeni həbslərə ciddi hazırlıq gedir. Özü də həbs üçün hədəf seçilənlər baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyana müxalif olan qüvvələrdir.

Hazırda onların başında sabiq prezidentlər Robert Köçəryana və Serj Sarkiyana yaxın olan şəxslər gəlir. Elə bu fonda Ermənistanın baş prokuroru Artur Davtyan keçmiş təbiət mühafizəsi naziri, deputat Aram Arutyunyanın həbsinə icazə verməsi üçün parlamentin spikeri Ara Babloyana müraciət edib.

Məlumata görə, keçmiş nazir böyük məbləğdə rüşvət almaqda və çirkli pulların yuyulmasında ittiham olunur. Arutyunyan Sünik, Geqarkunik, Lori və Kotayk bölgəsində yerləşən 10 əlvan metal yatağının istismarı üçün lisenziya verilməsi məqsədilə 14 milyon dollar rüşvət alıb. Rüşvət yolu ilə əldə olunan vəsait xarici ölkələrdə yuyulub. Amma Serj Sarksiyana yaxınlığı ilə tanınan Aram Arutyunyan bütün bunları rədd edir.

Bununla yanaşı, böyük siyasətə qayıtmağa hazırlaşan Robert Köçəryanın da vəziyyəti yaxşı deyil. Hazırda Ermənistanın apelyasiya məhkəməsi sabiq prezidentin yenidən istintaqa göndərilən işinə baxır. Vəkillər Robert Köçəryanın toxunulmazlığı ilə əlaqədar onun barəsində həbs qətimkan tədbirinin ləğvinə çalışsalar da buna nail ola bilməyiblər. Ermənistan baş prokurorluğu hesab edir ki, sabiq prezident İrəvanda 10 il əvvəl baş verən dövlət terrorunun ideya müəllifidir və təcili şəkildə azadlıqdan məhrum olunmalıdır.

Robert Köçəryan “1 mart 2008-ci il” cinayət işi üzrə “konstitusiya quruluşunu dəyişmək, güclə hakimiyyəti ələ keçirməkdə” ittiham olunur. Ermənistanın baş prokuroru Artur Davtyan bu xüsusda bildirir:  “Onun əmri əsasında aksiyanın onlarla dinc iştirakçısı öldürülüb. Buna görə də Robert Köçəryan həbsdə qalmalıdır”. O bildirib ki, apelyasiya məhkəməsi Robert Köçəryanın həbsdə qalması barədə prokurorluğun müraciətini nəzərdən keçirib. Qapalı proses zamanı hakim də sabiq prezidentin həbsdə saxlanmasının zəruri olduğunu qeyd edib.

Köçəryanın vəkili Ayk Alumyan bildirib ki, sabiq prezident bu ilin iyulunda 2008-ci il hadisələri ilə əlaqədar həbs olunsa da, apelyasiya şikayətindən sonra azad edilib. Bir müddət kassasiya məhkəməsi prokurorluğun şikayətini təmin edib və işi yenidən apelyasiya məhkəməsinə göndərib. Vəkillərin fikrincə, Köçəryanın həbsinə siyasi don geydirməyə çalışılır. Baş prokurorluqdan isə bildirilib ki, 2008-ci il martın 1-i və 2-də prezident seçkilərinin nəticələrinin saxtalaşdırılması sayəsində Serj Sarkisyanın qələbəsini tanımayan minlərlə insanın iştirak etdiyi fasiləsiz etiraz aksiyalarının hakimiyyət qüvvələri tərəfindən dağıdılması nəticəsində, rəsmi məlumatlara görə 10 nəfər, o cümlədən 2 polis əməkdaşı ölüb, 200-dən çox insan xəsarət alıb. “Əriklər ölkəsi” partiyasının sədri Zarui Postancyan isə bununla bağlı bildirir: “Dövlət terrorunda əli olan Köçəryan-Sarkisyan qruplaşması hələ də azadlıqdadır. Onun yeri həbsxanadır”. O hesab edir ki, Köçəryanı azad etmək böyük cinayətdir. Postancyanın sözlərinə görə, Köçəryan 10 illik prezidentlik dövrünün ilk günündən ölkə qanunlarını pozub, seçkiləri saxtalaşdırıb, strateji mühüm obyektləri satıb: ”Belə bir insanın azad edilməsi ona növbədənkənar parlament seçkiləri ərəfəsində siyasi proseslərə müdaxilə imkanı verilməsi deməkdir. Çünki hələ də Köçəryan-Sarkisyan qruplaşması tam zərərsizləşdirilməyib”. Ermənistan parlamentinin vitse-spikeri, Serj Sarkisyanın sədrlik etdiyi Respublika Partiyasının üzvü Arpine Ovannisyan isə vurğulayır ki, əslində, Nikol Paşinyanın göstərişi əsasında ölkənin güc strukturları 9 dekabrda keçiriləcək növbədənkənar parlament seçkilərində qələbə şansı yüksək olan rəqib partiyalara qarşı təhdid metoduna keçiblər. Yeni həbs hədələri də bunun nəticəsidir. Arpine Ovannisyan bildirib ki, Paşinyanın tərəfdarları tərəfindən özünə və ailə üzvlərinin həyatına qarşı hədələr olmasına və bununla bağlı şikayət etməsinə baxmayaraq, nədənsə, polis müvəqqəti hökumətə müxalif olanların ünvanına təhdidlərlə bağlı cinayət işi açmır: “Nəhayət ki, mən polisin niyə belə etdiyini anladım. Çünki onların başı özlərinin ən yüksək səviyyədə hədələr etməsinə qarışıb. Bizə siqnallar daxil olur ki, Respublika Partiyasının əməkdaşlarını, seçki qərargahının işçilərini və onların yaxınlarını təhdid edirlər ki, Respublikaçılar konkret seçki məntəqələrində 10 faizdən çox səs toplasalar, ciddi problemləri olacaq. Hətta bəzilərini məcbur edirlər ki, səsvermə gününədək ölkəni müvəqqəti tərk etsinlər. Yeri gəlmişkən, dediklərimi asanlıqla sübut etmək olar. Bütün silahdaşlarımızı qorxmamağa, birləşərək seçkilərdə iştiraka səsləyirəm. Bununla onlar bu hakimiyyətin bizi üzləşdirdiyi təhdidlərdən agah olduqlarını göstərəcəklər”. Ermənistan parlamentinin vitse-spikeri onu da deyib ki, polis qüvvələri ona təzyiqlər edərək, guya korrupsiya və cinayətkarlıqla mübarizə adı altında aparılan istintaq çərçivəsində konkret adlar çəkməsini tələb edirlər: “Ermənistan polisini bu cür qanunsuz fəaliyyətlərə son qoymağa çağırıram. Gözləməyin ki, mən kimlərinsə adını çəkəcəyəm. Çünki siz özünüz onları məndən də yaxşı tanıyırsınız. Elə buna görədir ki, indi Ermənistanda cinayətlərin üstünün açılma səviyyəsi 30 faizədək düşüb”.
Erməni politoloq David Stepanyan isə qeyd edib ki, parlament seçkiləri ərəfəsində Ermənistan polisi seçici siyahılarına ciddi dəyişikliklər edib. Nəticədə, 2017-ci illə müqayisədə Ermənistanda seçicilərin sayı 13,5 min nəfər ixtisar olunub. Bu isə olduqca böyük rəqəmdir. Polisin müdaxiləsindən sonra hazırda Ermənistanda seçicilərin ümumi sayı 2 milyon 574 min 916 nəfərə enib. Erməni mediası yazır ki, polisin ixtisara saldığı seçicilər daha çox əvvəllər Respublika Partiyasının üzvlərinin  daimi qələbə çaldığı dairələrdə qeydə alınıb. Qeyd olunur ki, hakimiyyətə gəldikdən sonra parlament seçkilərində mütləq qələbəni təmin etmək üçün respublikaçılarla mübarizədə əhəmiyyətli üstünlüyə nail olmağın çətinliyini anlayan Paşinyan deputatların majoritar yox, proporsional qaydada seçilməsi üçün Ermənistanın Seçki Məcəlləsində dəyişiklik cəhdləri fiaskoya uğradıqdan sonra “seçkilərin şəffaflığı” adı altında indi də polisin xidmətindən yararlanır. Bütün bunlar isə ölkədə narazılığı artırır.

David Stepanyan bildirir ki, əslində Paşinyan əsl zərbəni seçkidən sonra alacaq: “Paşinyan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir. İqtidar bütün hallarda seçicilərinə söz verib. Bu mənada, ölkədə daxili siyasi və iqtisadi proseslərin gedişatı ilə bağlı bütün məsuliyyət indiki hökumətin üzərinə düşür. Ona görə Ermənistanda keçiriləcək seçkilər mühüm hadisə kimi yadda qalacaq. Çünki Qarabağ klanı öz səlahiyyətlərini və rəhbər vəzifələri Ermənistan təmsilçilərinə təhvil vermiş olacaq. Əlbəttə ki, bu, Ermənistanın siyasətində yeni bir mərhələdir. Amma  Ermənistanı daha ciddi siyasi və iqtisadi problemlər gözləyir. Ölkə iqtisadiyyatında xeyli həll olunmamış məsələ var. İndiki iqtidar isə ölkədaxili problemlərlə bağlı heç bir normal təklif irəli sürməyib, heç sürənə də oxşamır. Paşinyan və onun komandası ancaq siyasi ritorika ilə məşğuldur. Hazırda Ermənistan cəmiyyəti may və apreldəki eyforiyadan hələ də çıxmayıb. Ancaq bu belə davam etməyəcək və erməni cəmiyyəti gec-tez ayılacaq. Bu zaman isə çox gec olacaq. Çünki iqtisadi problemlərin həll edilməmiş qalması İrəvana əsl zərbə olacaq”.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 17:15
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 17:12
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ