çərşənbə günü, 21 oktyabr 2026
     

Ermənilərin əsir və girov götürdükləri azərbaycanlılara verdiyi işgəncələrlə bağlı məhkəmədə ifadələr dinlənildi - FOTO

Image


Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası iyulun 3-də davam etdirilib.

Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə işə baxan hakimlər kollegiyasını, dövlət ittihamını müdafiə edən prokurorları, tərcüməçiləri və s. təqdim edib, habelə onların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.

Məhkəmə prosesində Azərbaycanın vaxtilə Ermənistan silahlı qüvvələrinin işğalı altında olan ərazilərində əsir və girov götürülmüş, habelə Ermənistan hərbçilərinin açdıqları atəş nəticəsində yaralanmış və digər zərərlər görmüş şəxslər ifadə veriblər.

Zərərçəkmiş şəxs Mobil Əhmədzadə bildirib ki, 2020-ci il noyabrın 8-də Ermənistan silahlı qüvvələrinin tankından atılan mərminin onun yanına düşüb partlaması nəticəsində sağ və sol ayaqlarından ağır qəlpə yaraları alaraq huşunu itirib. Beş gün ərzində meşəlikdə qalıb, noyabrın 13-də ayılanda “Qazel” markalı avtomobilin kabinə hissəsində xərək üzərinə uzadıldığını, yanında isə hərbi geyimdə tanımadığı bir şəxsin olduğunu görüb içmək üçün Azərbaycan dilində su istəyib, lakin həmin şəxs təpiklə onun baş nahiyəsindən vuraraq su verməyib. Həmin hərəkətdən sonra o, ermənilər tərəfindən əsir götürüldüyünü anlayıb. Sonra huşunu yenidən itirib və ayılanda hər iki əlinin iplərlə çarpayıya bərkidildiyini, sağ ayağının bud hissədən kəsildiyini görüb. Zərərçəkmiş şəxs Ermənistanın paytaxtı İrəvan şəhərinə aparılıb. Əsir saxlanıldığı müddətdə bir neçə dəfə ona işgəncə verilib. O, Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin sualına cavabında bildirib ki, 2020-ci il dekabrın 14-də Azərbaycana təhvil verilib.

Zərərçəkmiş şəxs Fəzail Əsədov qeyd edib ki, 1992-ci il mayın 7-də Şuşanın müdafiəsi zamanı Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində sağ bud nahiyəsindən güllə yarası alıb. Həmin vaxt onunla birlikdə şəhərin müdafiəsində iştirak edən Həsənov Əli və Daşdəmirov Elbrus həlak olub, Nasir və Qax Rayon Polis Şöbəsinin əməkdaşı Əli isə itkin düşüb. Həmçinin Əli Rəsulov, Qazax rayonundan olan Əhməd və Polad isə bədənlərinin müxtəlif nahiyələrindən qəlpə yaraları alıblar.

Zərərçəkmiş şəxs Eldar Abdullayev 1993-cü ilin iyun-iyul aylarında Ağdərə rayonunda Ermənistan silahlı qüvvələrinin hərbçiləri tərəfindən yaralı vəziyyətdə əsir götürüldüyünü deyib. O, əsir götürüləndə sağ qolundan, sol ayağından və sinəsindən güllə yarası xəsarətləri alıb və qanaxmadan huşunu itirib. Daha sonra onu Xankəndi şəhərinə apararaq orada yerləşən uşaq xəstəxanasında 1994-cü ilin mart ayının sonunadək, yəni, Azərbaycan tərəfinə təhvil verilənədək saxlayıblar. Bu dövr ərzində Ermənistan hərbçiləri tərəfindən azərbaycanlı əsirlərə qarşı törədilən ağlasığmaz vəhşiliklərin şahidi olub. Zərərçəkmiş şəxs Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun sualına cavabında deyib ki, əsirlikdə saxlanılan zaman hər gün müxtəlif təzyiqlərə və qeyri-insani rəftara məruz qalıb. Yaralı olmasına baxmayaraq, ona zəruri tibbi yardım belə göstərilməyib. Erməni nəzarətçilər və xəstəxanaya gələn erməni hərbçilər yaralı azərbaycanlı əsirləri mütəmadi olaraq avtomat silahının qundağı, rezin dəyənək və təpiklə döyüblər. O, çarpayıda olduğu halda ermənilər yaralarının olduğu nahiyələrə zərbələr vurub, bədəninə yanmış siqaret basıb, sağlam ayağına bıçaq batırıblar.

Ermənilər, həmçinin azərbaycanlı əsir qadın və uşaqların qaldıqları palatalara soxularaq onları döyüb işgəncələr veriblər. Uşaq xəstəxanasında saxlanıldığı dövrdə o, bir nəfər yaralı azərbaycanlının döyülərək qətlə yetrilməsinin şahidi olub.

Dövlət ittihamçısı Fuad Musayevin suallarına cavabında zərərçəkmiş şəxs qeyd edib ki, oradakı ermənilərdən yalnız əsirlərin dəyişdirilməsi ilə məşğul olan Albert Voskanyanın adını xatırlayır. A.Voskanyan onu şəxsən döyməsə də, onunla söhbət edib getdikdən sonra erməni nəzarətçilərə ona işgəncə verilməsinə dair göstəriş verib və bu göstəriş qəddarlıqla icra olunub.

Zərərçəkən Elnur Mehdiyev isə 6 ay erməni əsirliyində Xankəndidə saxlanıldığını və verilmiş işgəncələr zamanı sağlamlığını itirdiyini vurğulayıb. Qeyd edib ki, 2000-ci ilin fevralında əsir götürüldükdən sonra erməni hərbçilər onu yumruq-təpik, avtomat silahının qundağı ilə vəhşicəsinə döyüblər. Həmçinin onu iplə dirəyə bağlayaraq gecədən səhərədək qarın üstündə ayaqyalın saxlayıblar. Ayaqları şaxta vurduğu üçün donub və nəticədə sol ayağının bütün barmaqları amputasiya edilib. O, 2000-ci ilin iyulunda Ermənistana aparılıb və orada təcridxanada saxlanılıb. Həmin il iyulun 18-də əsirlikdən azad edilərək Azərbaycana təhvil verilib.

Elnur Mehdiyev prokurorların suallarını cavablandırarkən əsir düşəndən sonra müqavimət göstərmədiyini, məhz azərbaycanlı olduğuna görə işgəncələrə məruz qaldığını söyləyib.

Zərərçəkmiş İntiqam Məmmədov ifadəsində bildirib ki, o, 1992-ci ildə döyüşlərdə iştirak edib. Füzuli rayonunun Aşağı Veysəlli kəndi yaxınlığında sağ ayağından güllə yarası alıb və qanaxmadan huşunu itirdikdən sonra Ermənistan hərbçiləri tərəfindən əsir götürülüb. Əsir götürüldükdən dərhal sonra Xocavənd rayonunda yerləşən bir evin zirzəmisinə salınıb və həmin il dekabrın 10-dək - yəni, Azərbaycana təhvil verənədək orada saxlanılıb. Əsirlikdə qaldığı 35 gün ərzində yaralı olmasına baxmayaraq, mütəmadi olaraq vəhşicəsinə döyülüb, ona ağır işgəncələr verilib. Zirzəmidə qaldığı ilk gün bir nəfər yaşlı erməni yanına gələrək, heç bir söz demədən ona müxtəlif işgəncələr verib.

Zərərçəkmiş Şahruz Əliyev deyib ki, 1992-ci ilin fevralında Ermənistan silahlı qüvvələri onun yaşadığı Xocavəndin Qaradağlı kəndini tam mühasirəyə alıb, kənd sakinlərini əsir götürərək Xankəndiyə aparıblar. Yolda cavanların əksəriyyətini güllələyiblər. Əsirlikdə saxlandığı müddətdə Ermənistan hərbçiləri onu və digər əsirləri hər gün dəmir predmetlərlə döyüb, sonra isə şaxtalı havada həyətə çıxarıb saatlarla qarın üstündə saxlayıblar. Döyülmə zamanı işgəncələrdən həyatını itirənlər olub. Zərərçəkən qeyd edib ki, 54 gündən sonra əsirlikdən azad olunub. Ermənilər onun dayısı oğlu Habil Zeynalovu və əmisi oğlu Xaliq Əliyevi isə qətlə yetiriblər. Qardaşı Vətən Əliyev də onunla birlikdə əsir götürülüb, amma əsirlikdə bir-birilərindən ayrı saxlanmaları səbəbindən onun aqibəti barədə məlumatı yoxdur.

Zərərçəkmiş Xudayət Tağıyev diqqətə çatdırıb ki, Qaradağlı kəndindəki vəziyyətlə əlaqədar ondan başqa bütün ailə üzvləri kənddən çıxıblar. O qeyd edib ki, 1992-ci il fevralın 10-dan başlayaraq kənd mühasirədə olub. Ermənistan silahlı qüvvələrinin hərbçiləri kolxoz binasına daxil olub, kənd sakinlərini əsir alaraq bir sıraya düzüblər. Cavanlar bir avtomobilə, qadın və yaşlı kişilər isə digər avtomobilə mindirilib. Həmin vaxt Ermənistan hərbçiləri Eldar Dadaşova işgəncə verərək, onu döyüblər. Eldarın can verdiyini görən Mamvel adlı erməni tapança ilə onu qətlə yetirib. Bir qədər getdikdən sonra ermənilər Dəmir Hüseynovu və Fədail Hüseynovu avtomobildən yerə düşürərək qətlə yetiriblər. Ardınca isə Ermənistan hərbçiləri “Bəylik bağı” adlanan yerdə yenidən avtomobilləri saxlayaraq 30 nəfərdən çox kənd sakinini qətlə yetiriblər. Daha sonra digər girovları Xankəndi şəhərinə apararaq zirzəmiyə salıblar. Orada bir gün qaldıqdan sonra kənd sakinlərindən 20 nəfəri, eləcə də onu Xankəndi həbsxanasına aparıblar. Bu müddət ərzində ermənilər onlara müxtəlif ağır işgəncələr verib, qeyri-insani rəftara məruz qoyublar. Martın 30-da onunla birlikdə 9 nəfər Ağdam rayonunun “Qarağac qəbiristanlığı” deyilən yerdə azad edilib Azərbaycana təhvil verilib.

Zərərçəkmiş şəxs Aydın Əhmədov 1991-ci il dekabrın 28-də Kərkicahan kəndində yaralı vəziyyətdə Ermənistan silahlı qüvvələrinin və keçmiş sovet ordusunun 366-cı alayının hərbçiləri tərəfindən əsir götürülüb. Həmin vaxt onunla birlikdə bir neçə nəfər də əsir götürülüb. Ermənilər onları əsir götürən kimi bədənlərinin müxtəlif yerlərinə dəmir və taxta parçaları, avtomat silahının qundağı ilə müxtəlif zərbələr endirib, döyə-döyə avtomobilə mindirib və Xankəndi şəhərində yerləşən xüsusi rejimli təcridxanaya aparıblar. Orada ona ağır işgəncələr verilib, müxtəlif bərk predmetlərlə döyülüb.

Dövlət ittihamçısı Vüsal Abdullayevin sualını cavablandıran A.Əhmədov əsir götürülən zaman ayağından və başından qəlpə yarası aldığını söyləyib. Ermənistan hərbçiləri onun yaralı olmasına baxmayaraq, xəsarətlərin olduğu nahiyələrdən təpik və avtomat silahının qundağı ilə zərbələr vurublar. Həbsxanada saxlanıldığı təxminən 10-12 gün müddətində erməni nəzarətçilər gündə bir neçə dəfə kameraya soxulub onu vəhşicəsinə döyüblər. Daha sonra onu Serjik adlı erməniyə pulla satıblar. Altı ay sonra isə o, Azərbaycan tərəfinə təhvil verilib.

Zərərçəkmiş Nizami İsmayılov ifadəsində söyləyib ki, Ermənistanın Azərbaycana qarşı apardığı təcavüzkar müharibə zamanı zərər çəkib. 1992-ci ilin fevralında Ermənistan silahlı qüvvələri Şuşanı artilleriya ilə atəşə tutanda özü və anası yaralanıb. O qeyd edib ki Ermənistanın apardığı təcavüzkar müharibə nəticəsində sağlamlığını, yaxınlarını və ev-eşiyini itirib.

Zərərçəkmiş Hidayət Əsgərov qeyd edib ki, 1993-cü il dekabrın 28-də Ağdam rayonu Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulub və nəticədə o, ayaqlarından və sol əlindən güllə yarası alaraq yerə yıxılıb. Ermənistan hərbçiləri onu əsir götürüb, yanında olan bir nəfəri isə qətlə yetiriblər. Hidayət Əsgərov ifadəsində deyib ki, 1994-cü il noyabrın 28-dək Xankəndi şəhəri yaxınlığındakı hərbi hissənin hauptvaxtında, dekabrın 27-dək Şuşa həbsxanasında, 1995-ci il mayın 8-dək isə Xankəndi şəhər uşaq xəstəxanasında əsirlikdə saxlanılıb və həmin gün Azərbaycan tərəfə qaytarılıb. Bu müddət ərzində Armen, Samvel və adlarını xatırlamadığı mülki və hərbi geyimli ermənilər tərəfindən yumruq-təpik, dəmir və rezin dəyənəklərlə mütəmadi olaraq döyülüb, ağır işgəncələrə məruz qalıb.

Zərərçəkmiş Aqil Quliyev ifadəsində vurğulayıb ki, 1992-ci ilin fevralında Qaradağlı kəndi işğal olunanda kənd sakinlərinə zülm verilib, mülki insanları diri-diri yandırılıb, evləri ağır texnika ilə atəşə tutulub. Həmin vaxt o da hər iki ayağından güllə yarası alıb. Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin sualına cavabında A.Quliyev bildirib ki, bu müharibə nəticəsində hər iki ayağından yaralanaraq o, sağlamlığını itirib, həmçinin Xocavənd rayonunun işğalı nəticəsində ona məxsus əmlak ermənilər tərəfindən talan edilib.

Zərərçəkmiş şəxs Tahir Cəfərov 1992-ci mayın 18-də Laçını işğalı zamanı Ermənistan hərbçiləri tərəfindən əsir götürüldüyünü bildirib. O, Xankəndiyə aparılaraq iyulun ortalarınadək orada saxlanılıb. Ardınca Xocalıya, sonra Xocavəndə, daha sonra isə Ermənistan ərazisinə - Gorus rayonuna aparılıb. Həmin il avqustun 13-də ermənilər tərəfindən Azərbaycana təhvil verilib. T.Cəlilov da digərləri kimi əsirlikdə olduğu müddətdə işgəncələrə məruz qaldığını söyləyib və qeyd edib ki, həmin müddətdə gün ərzində ona bir fincan su və kiçik bir parça quru çörək veriblər. O və əsirlikdə olan digərlərinə məhz azərbaycanlı olduqları üçün işgəncələr verilib. Həmçinin Xankəndidə saxlanılan zaman kəlbətinlə dişi dartılıb çıxarılıb.

Zərərçəkən Fikrət Aslanov da yaralı vəziyyətdə əsir götürüldüyünü vurğulayıb. Deyib ki, o, Ermənistana aparılıb və 1 il 9 ay orada təcridxanada saxlanılıb. Onunla yanaşı, digər azərbaycanlılar da əsir və girovluqda saxlanılıblar. Zərərçəkən ifadəsində qeyd edib ki, İrəvanda saxlanıldıqları zaman əsirlərə dəhşətli işgəncələr verilib. Onlar məcburi əməyə cəlb olunublar. Həmin vaxt bəzi əsirlər həyatlarını itirib. Öldürülən iki azərbaycanlı İrəvanda qadın həbsxanasının həyətində basdırılıb.

Zərərçəkən Tacir İsmayılov ifadəsində söyləyib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə düşmən Xocalını dörd tərəfdən atəşə tutub. Həmin vaxt o, Xocalı Aeroportunda polis kimi xidmət göstərib. Zərərçəkən deyib ki, Xocalı işğal olunarkən mülki sakinlərə çıxış üçün bir cığır belə verilməyib. Şəhər atəş altında mühasirədə olub. İşğaldan əvvəl də Xocalı dörd tərəfdən ağır texnika ilə atəşə tutulub. Hücumlar zamanı əsasən mülki əhali hədəfə götürülüb. Ermənistan Xocalıda, Meşəlidə, Qaradağlıda mülki əhaliyə divan tutmaqla azərbaycanlıların gözünü qorxutmaq istəyirdi. Dövlət ittihamçısı Təranə Məmmədovanın sualına cavabında T.İsmayılov bildirib ki, bu müharibə nəticəsində 14 nəfər doğmasını itirib. Xocalı işğal olunan zaman düşmən onun qardaşı Vidadi İsmayılovu da girov götürüb. Qardaşını döyərək hər iki qolunu sındırıb, sonra isə adlarını xatırlamadığı digər iki Xocalı sakini ilə birlikdə güllələyiblər.

Zərərəçəkmiş Anar Məmmədov deyib ki, 1993-cü il sentyabrın 23-də Ermənistan silahlı qüvvələrinin atdığı mərminin partlaması nəticəsində sağ ayağından qəlpə xəsarət alıb, yaralı vəziyyətdə Ermənistan hərbçiləri tərəfindən əsir götürülərək əvvəlcə Xocavənd rayon polis şöbəsində, sonra isə Xankəndi şəhər uşaq xəstəxanasında saxlanılıb. Həmin xəstəxanada erməni nəzarətçilər tərəfindən mütəmadi olaraq amansızcasına döyülüb, işgəncələrə məruz qalıb. Taxta parçası ilə vurulan möhkəm zərbə nəticəsində kürək nahiyəsində sümüyü sınıb və uzun müddət gipsdə qalıb. 1995-ci il iyunun 8-də Ağdam rayonu ərazisində əsirlikdən azad edilib və Azərbaycana qaytarılıb.

Zərərçəkənlər, həmçinin təqsirləndirilən şəxslərin, onların müdafiəçilərinin və özlərinin nümayəndələrinin də suallarını cavablandırıblar.

Məhkəmə prosesində, həmçinin zərərçəkmiş şəxslərin barələrində keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyləri elan edilib.Məhkəmə prosesi iyulun 4-də davam etdiriləcək.

Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə erməniəsilli 15 təqsirləndirilən şəxs ittiham edilir.

Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

ZÜMRÜD



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

21.10.2026 / 14:07
AK Parti iqtidarının antiazərbaycançılığı TDT-nin gələcəyini sual altında qoyur...

21.10.2026 / 13:51
Şimali Makedoniyanın dövlət başçısı Prezident İlham Əliyevə zəng edib

21.10.2026 / 13:35
Azərbaycanda yeni bank yaradıla bilər - Aİ-dən TƏKLİF...

21.10.2026 / 13:30
AK Parti iqtidarının müxalif bələdiyyələrdə siyasi əməliyyatlarının pərdəarxası - Ölkə vətəndaş savaşına sürüklənir...

21.10.2026 / 13:20
31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxslər” elan edildi

21.10.2026 / 12:56
İsrail İrana hücum qərarından son anda imtina etdi – Tramp Netanyahunun planlarını pozdu...

21.10.2026 / 12:42
Bakıda xalçaları yumaq adı ilə oğurlayan şəxs saxlanıldı

21.10.2026 / 12:30
Məktəblərdə "TikTok"a giriş məhdudlaşdırıldı...

21.10.2026 / 12:19
Azərbaycanlı çoban Ermənistan ərazisinə keçib - İDDİA...

21.10.2026 / 12:12
Jurnalistlərin adından saxta Vatsap hesabları yaradılır - MŞ xəbərdarlıq etdi...

21.10.2026 / 11:50
Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni yarım milyon manatlıq dələduzluq ittihamı ilə həbs olundu

21.10.2026 / 11:37
İşdən ixtisar olunanlara sığorta ödənişi verilə bilər...

21.10.2026 / 11:24
Trampın xüsusi elçisi Sankt-Peterburqda... Putinlə görüşəcək...

21.10.2026 / 11:09
Bakının Od Məbədinə həsr olunmuş rəsm sərgisi və “Pançatantra” əsərindən oxuma sessiyası təşkil olunub

21.10.2026 / 11:00
Trampa Rusiyanın Kiyevi dörd saata ala biləcəyini iddia etdi – bir generalın axmaq qərarı...

21.10.2026 / 10:40
Pezeşkian dialoq üçün ABŞ qarşsında şərt qoydu - səmimiyyətini sübut etsin...

21.10.2026 / 10:32
Lerikdə dağlıq ərazidə dəfinə axtaran şəxs dərəyə yıxılaraq öldü

21.10.2026 / 10:23
Avropalı investorların Qarabağ, Şərqi Zəngəzur və Naxçıvana marağı artır - Aİ hesabatı

21.10.2026 / 10:15
Fransadakı iğtişaşların vurduğu ziyan 1 milyardı keçdi - analitiklər xəbərdarlıq etdi...

21.10.2026 / 09:40
Trampın oğlu İranla müharibəyə qarşı çıxdı – verdiyi vədlərə ziddir...

21.10.2026 / 09:26
Elçin Əmirbəyov NATO Baş katibinin xüsusi nümayəndəsi ilə görüşdü

21.10.2026 / 08:52
Azərbaycanda Türkiyə bayrağının endirilməsi iddiaları təkzib edildi - dezinformasiyadır...

20.10.2026 / 22:25
Pezeşkian Məkkə sazişini imzalamış 3 dövlət başçısını pat vəziyyətə saldı...

20.10.2026 / 22:19
İran XİN sözçüsü Azərbaycana tövsiyə verməyə qalxdı - həm də insan haqları mövzusunda…

20.10.2026 / 22:07
Taxıl bazarında kəskin təzad: kəndlilər buğda əkinindən imtina edir...

20.10.2026 / 21:59
AK Partinin qurucusu Kemal Albayrak partiyanı “yıxıb-sürüdü”...

20.10.2026 / 21:53
TƏBİB-dən geridə nələr qaldı...

20.10.2026 / 21:37
ABŞ Rusiyanın müttəfiqinə çevrildi, Trampa qarşı etirazlar genişləndi

20.10.2026 / 21:26
Dünyada ərzaq inflyasiyası sürətlənir, proses Azərbaycana da təsir edir...

20.10.2026 / 21:15
Fransa dağılır, Makron çarəsiz qalıb...

20.10.2026 / 21:00
Avropada üsyanlar Putinin "gizli işi" kimi qiymətləndirilir...

20.10.2026 / 20:53
İsraildə parlament seçkiləri Yaxın Şərqin gələcək taleyini də müəyyən edəcək

20.10.2026 / 20:36
Lavrov İranı və Körfəz ərəb ölkələrini ABŞ-a qarşı təşkilatlandırır - yeni Konsepsiya...

20.10.2026 / 20:26
ABŞ Mərkəzi Asiyanın 5 ölkəsi ilə bağlı planlarını açdı...

20.10.2026 / 20:09
Ekoloqlar Paşinyanın COP17 sevincini gözündə qoydular

20.10.2026 / 19:50
Prezident seçkilərində AKP namizədi üçün ən pis proqnozlar verilir...

20.10.2026 / 19:34
Tramp, Si və Putin yeni dünya düzənini Avropasız müəyyənləşdirməyə başladılar...

20.10.2026 / 19:10
Gürcüstanda hakimlər müxalif partiyaları qapatmaqdan imtina edir - İstefalar başladı...

20.10.2026 / 19:01
Zəruri olmadığı təqdirdə Fransaya səfər etməyin - XİN xəbərdarlıq etdi...

20.10.2026 / 18:46
AKP qurucularından “AKP dağılacaq” bəyanatları gəldi...

20.10.2026 / 18:30
Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub FOTO

20.10.2026 / 18:18
Azərbaycanda çevriliş hazırlayan AKP üzvlərinə cinayət işi açıldı...

20.10.2026 / 18:07
Leyla Əliyeva Aşqabadda MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışında iştirak edib - FOTO

20.10.2026 / 18:02
Qazaxıstan XİN "Navai" ilə bağlı Rusiyanın notasına cavab verdi

20.10.2026 / 17:26
Netanyahu öz marağı naminə Trampı İrana qarşı yeni müharibəyə çəkir...

20.10.2026 / 17:02
Yeni nəsil üçün hibrid – real və virtual kənd kitabxana-klub modeli”... YYSİB-nin yeni kreativ layihəsi

20.10.2026 / 16:48
ATMU professoru Məhərrəm Zülfüqarlının “Ucar tarixi” kitabı nəşr olunub

20.10.2026 / 16:27
Azərbaycanda KSM ekosisteminin inkişafı üçün QHT-lər və biznesin ortaq gözləntiləri

20.10.2026 / 16:01
Qarabağda yeni milli park yaradılır - SƏRƏNCAM

20.10.2026 / 15:55
Mədəniyyət Nazirliyinin tabeliyində Gəncə Memorial Kompleksi yaradıldı

20.10.2026 / 14:09
Husilər-Səudlar müharibəsinin coğrafiyası genişlənəcək...

20.10.2026 / 13:54
Qazaxıstanda saxlanan Azərbaycan əsilli repə qarşı cinayət işi dayandırıldı – Navai ölkədən deportasiya edildi...

20.10.2026 / 13:37
Zelenski senatorları Ukraynaya yardımı bərpa etmək üçün Trampa təzyiq göstərməyə çağırdı

20.10.2026 / 13:21
İran ABŞ-a xəbərdarlıq etdi - Pikaks dağına mümkün hücumlar cavabsız qalmayacaq...

20.10.2026 / 13:06
Aşqabadda Leyla Əliyevanın, Oğulcahan Atabayevanın və Saida Mirziyoyevanın üçtərəfli görüşü olub - FOTO

20.10.2026 / 12:50
Nizami və Binəqədi prokurorlarının yeri dəyişdirildi

20.10.2026 / 12:28
Ukrayna Rusiyanın daha bir neft stansiyasına hücum etdi...

20.10.2026 / 12:11
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

20.10.2026 / 12:03
Müharibənin bitməsi və Ukraynanın NATO-ya qoşulması müqabilində Donbas Rusiyaya verilə bilər - Avropadan Putinə təklif...

20.10.2026 / 11:50
Cərimələnən şirkətlə 54 min manatlıq müqavilə imzalandı - məhbuslara dərmanı onlar satacaq...

20.10.2026 / 11:38
Neft Fondunun aktivləri 126 milyard manata yaxınlaşır...

20.10.2026 / 11:23
Məleykə Abbaszadə imtahanlardan sonra yaranan narazılıqlara münasibət bildirdi

20.10.2026 / 11:17
Hörmüz boğazında minaya düşən tankerdə yanğın başladı...

20.10.2026 / 11:05
329 nömrəli bağçada nöqsanlar aşkarlandı, protokol tərtib olundu

20.10.2026 / 10:52
SEPAH Hörmüz boğazında sualtı internet kabellərini vurmaqla hədələdi – bizə hücum olsa…

20.10.2026 / 10:23
"Zərərçəkmiş şəxslə sonradan barışmaq cəzanın avtomatik azaldılması demək deyil" - Ali Məhkəmə

20.10.2026 / 10:15
Dövlət qurumlarının informasiya təhlükəsizliyi üzrə rəhbərlərinin VIII Zirvə görüşü keçirilir

20.10.2026 / 09:26
Vens açıq danışdı – Ukrayna NATO-da olmamalıdır...

20.10.2026 / 08:47
Bu gün Zəngilan Şəhəri Günüdür

20.10.2026 / 07:47
Vens seçkidə Netanyahunu dəstəkləməyəcək - Trampdan fərqli olaraq…

20.10.2026 / 07:33
Hitlerin qardaşı oğlu ABŞ-da bioloji laboratoriya sahibi imiş…

20.10.2026 / 06:30
AKP-nin Diyanət Vəqfi də korrupsiya fırıldağında “baş köşədə” imiş – bu da din xadimləri...

20.10.2026 / 00:09
Tramp Zelenskiyə Ukrayna danışıqlarından çəkilməsini təklif etdi – onu başqası əvəz etməlidir...

19.10.2026 / 23:06
Leyla Əliyeva Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konsertini izləyib - FOTO

19.10.2026 / 22:54
Leyla Əliyeva Arkadağda əfsanəvi "Galkynyş" milli atüstü oyunlar qrupunun çıxışını izləyib - FOTO

19.10.2026 / 22:40
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub - FOTO

19.10.2026 / 22:28
Əziz Mahmud Hudayi Vəqfi də AKP iqtidarındakı korrupsiya olayına səsini qaldırdı - "...əxlaqdan kənardır"...

19.10.2026 / 22:12
Tramp Ukrayna ilə müharibədə Putinə əməlli-başlı dəstək verir - “60 gün fasilə”...

19.10.2026 / 21:56
İran müharibənin yeni dövründə görünməmiş raket texnikası göstərəcək - Kitabçı gəldi...

19.10.2026 / 21:41
Paşinyan sülh sazişini baş nazirliyinin son ilinə saxladı...

19.10.2026 / 21:32
Şəki Dövlət Dram Teatrında “Yol üstə” tamaşasının məşqlərinə başlanılıb

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ