HƏMAS-ın hücumları nəticəsində İsraildə həlak olan azərbaycanəsilli şəxslərin sayı açıqlanıb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə məlumat verib.
O bildirib ki, həlak olan azərbaycanəsilli şəxslərin sayı 8 nəfərdir.
A.Hacızadə bildirib ki, HƏMAS-ın girov götürdüyü şəxslər arasında azərbaycanlıların olub-olmadığı məlum deyil. Sözçü həmçinin bildirib ki, Azərbaycan vətəndaşlarının İsraildən təxliyəsi nəzərdə tutulmayıb: "Ölkədən çıxmaq istəyənlər müntəzəm reyslərdən istifadə edə bilərlər".
Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Nəticədə ölənlərin sayı 1400-ü keçib, 3000-dən çox adam yaralanıb. Ərazidə 1 300-dən çox bina dağılıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib.