Bazar günü günü, 08 noyabr 2026
     

Türkiyə - Ermənistan sərhədlərinin açılmasına qəti tələsmək olmaz - 93-cü ilə aid açılım şərtləri köklü dəyişib... - Aydın QULİYEV yazır...

Image


Ermənistan Türkiyə ilə aranın açılması mövzusunu yenidən gündəmə gətirməyə başladı. Bu ölkənin XİN müavininin açıqlamasını gördüm. Təbii ki, ümidləniblər. Suveren Azərbaycanda izləri-tozları qalmadı. Ermənilər hesab edirlər ki, əgər Azərbaycanın bütün torpaqları artıq öz əllərindədirsə, daha bundan sonra Türkiyə ilə sərhəd açılmalıdır. Nazir müavini elə bu cür də deyib: "Top Türkiyənin tərəfindədir"...

Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.

A.Quliyev daha sonra yazır:

 - Lakin yox, məsələ ermənilərin təsəvvür etdikləri və ya qələmə verdikləri kimi sadə deyil. "Azərbaycanın bütün torpaqları öz əllərindədir" deyib də Türkiyədən sərhəd açılımı təmənnasında olmaq sadəlövhlük deyil, çünki erməni diplomatları və siyasətçiləri sadəlövh deyillər, bu, sadəcə bizi və Türkiyəni aldatmaq cəhdidir. Alınmaz. Çünki…

1. İllər öncədən - 1993-cü ildə Azərbaycan və Türkiyə tərəfdən deyilmişdi ki, erməni işğalçıları torpaqlardan çıxmayınca, Türkiyə - Ermənistan sərhədi açıla bilməz. Bu şərt yerinə yetirildimi? Ermənilər özləri könüllü olaraq çıxıb getməyiblər ki... Onları zorla, güclə, minlərlə şəhidin və qazinin qanı bahasına qovduq. Taxtadan paslı mıxı çəkib atan kimi onları çıxardıq. Keçmiş SSRİ məkanında separatizmi ilk olaraq ermənilər Azərbaycanda başlatdılar, postsovet məkanında separatizm ocağına ilk dəfə Azərbaycanda və İlham Əliyev son qoydu. Əgər torpaqlarımızdan könüllü çıxıb getmiş olsaydılar, bu başqa məsələ olardı. Bəs Prezident İlham Əliyevin düz 20 il təkrarladığı "xoşluqla işğala son verin, gedin, qonşular kimi sülh içində yaşayaq" bəyanatlarına ermənilər tərəfdən bunca saymazlıq göstərilməsini hara, kimin ayağına yazaq? Minlərlə şəhidimizin, yaralı qazinin ruhları, xatirəsi qarşısında nə cavab verək?

Demək, torpaqlarımızın öz əlimizdə olması Türkiyə- Ermənistan sərhədlərinin açılmasına hələ əsas vermir. Çünki torpaqlar könüllü verilməyib, zorla alınıb. Zorumuz yetərli olmasaydı, torpaqlar hələ də işğalda idi...

2. Ermənistan hələ Azərbaycanla sərhədləri delimitasiya etməyib və bu məsələdə sonadək maraqlı, səmimi ola bilmir. Prosesin ləngiməsi, baş tutmaması üçün cürbəcür bəhanələr gətirir. Azərbaycanla sərhədlər delimitasiya edilməmiş Türkiyə - Ermənistan sərhədləri necə açıla bilər?!..

3. Ermənistan Azərbaycanla hələ sülh sazişi imzalamayıb. Azərbaycan bu yolda nə qədər ardıcıldırsa, Ermənistan bir o qədər pozucu, ləngidici mövqedədir. Sülh sazişi yoxdursa, bu o deməkdir ki, Ermənistan Azərbaycana və Türkiyəyə qarşı əsassız ərazi iddialarından hələ imtina etməyib, revanşistlərin baş qaldırmayacağına rəsmi təminat verməyib, uydurma “genosid” iddialarından rəsmi imtina etməyib. Bunlar yoxdursa, Türkiyə Ermənistanla sərhədi hansı məntiqlə aça bilər və ya açmalıdır?!..

4. Qardaş Türkiyə 30 il əvvəl Ermənistanla Qars keçid məntəqəsini niyə bağlamışdı? Xatırlayaq. Ermənistanın Mehri dəmiryolunu bağlayaraq Türkiyənin özünün də qarant olduğu Naxçıvanı blokadaya aldığı və Kəlbəcəri işğal etdiyi üçün. Kəlbəcəri geri qaytardıq. Bəs Naxçıvana yol açıldımı? Ermənistanın Zəngəzur dəhlizini açmasına qədər Türkiyə Ermənistanla sərhəd açılışına necə gedə bilər və getməlidir?!..

5. Türk diplomatlarının ASALA tərəfindən silsilə terror faktlarına, eləcə də Azərbaycan Xalq Cümhuriyyətinin dövlət xadimlərinin qətlinə müasir Ermənistan hakimiyyəti müvafiq rəyini bildirməyibsə, Türkiyə ilə hansı açılışdan söhbət gedə bilər?!

6. Azərbaycan - Ermənistan sərhədləri tam demarkasiya olunmayınca, Türkiyə - Ermənistan sərhədi niyə açılsın ki... Gərək sərhədlər demarkasiya olunsun ki, ardınca lazım bilinən yerlərdə sərhəd-keçid məntəqələri quraşdırılsın...

Ortada bunca həll edilməmiş problemlər olduğu halda, Türkiyə - Ermənistan sərhədlərinin açılışına getmək böyük və bağışlanmaz səhv olardı....

Necə, buraxaq ki, Türkiyənin üzərindən dünyaya açılaraq öz qəddi-qamətini düzəltsin və "qızmış ayı" kimi yenidən üstümüzə gəlsin?!..

Azərbaycanın öz ərazilərini güclə və misilsiz itkilərlə azad etməsi Türkiyə - Ermənistan sərhədlərinin 1990-cı illərə aid açılması şərtlərini köklü şəkildə dəyişib. Torpaqlarımızı xoşluqla, müharibəsiz qoyub getsəydilər, başqa...

Türkiyə - Ermənistan sərhədinin açılışına qətiyyən tələsmək olmaz...

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilir

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi keçirilib

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ