Bazar günü günü, 08 noyabr 2026
     

Ermənistan rus bazasını çıxarır, KTMT ilə vidalaşır - Paşinyan əvəzlənir...

Image


Rusiya və Ermənistan arasında münasibətlərin real durumu, sonrakı inkişafı gərginliyin hələ davam edəcəyini göstərir. Bu vəziyyətdə erməni mediası yazır ki, Kreml artıq Nikol Paşinyan iqtidarının fəaliyyətinə səbr etməyə bilər. 

Ermənistanın “politik.am” saytı yazır ki, İrəvan Rusiya və Ermənistan aradakı körpüləri yandırıb: “Ermənistan baş naziri Nikol Paşinyan bir az da hakimiyyətdə qalmaq üçün rusları buradan çıxarmaqdan ötrü hər şeyi edəcək.

Bununla yanaşı, saytın iddiasına görə, Rusiyanın Paşinyanı əvəzləmək istəyini artıq açıq formada sezmək mümkündür, onun yerinə keçə biləcək namizədlər də görünməyə başlayıb: “Müxtəlif fiqurlar peyda olub. Onların arasında yer alan keçmiş müdafiə naziri Arşak Karapetyan bir müddət əvvəl yeni hərəkatın başladığını elan etsə də, yoxa çıxıb. Uzun müddətdir ruspərəst Mqer Avetisyan adlı iş adamı müsahibələr verir, onun Sergey Lavrovla fotolarını reklamlarla yayılan feysbukda görmək olar. Bu yaxınlarda bir neçə yerdə rusların seçiminin keçmiş baş nazir Tiqran Sarkisyan olduğu barədə məlumatlar yayıldı. Məlumata görə, Sarkisyanla bağlı danışıqlar uzun müddətdir gedir. Bəzi mənbələr isə iddia edirlər ki, artıq qərar verilib, Rusiya tərəfi onun üzərində dayanacaq. İstəsək də, istəməsək də Paşinyanın gedişindən sonra rusların namizədlik məsələsinə müdaxilə edəcəkləri və prosesdə rol alacaqları aksiomadır. Bu başqa məsələdir ki, Tiqran Sarkisyanın və ya müxalifətin digər namizədləri nə qədər güclüdür”. Erməni siyasi texnoloq Armen Badalyan isə qeyd edir ki,  Paşinyan Rusiyanın təsir dairəsinin azalması üçün hər cür addımlar atacaq: “Növbəti addım 102-ci hərbi bazanın Ermənistandan çıxarılması olacaq”. Bu fonda Ermənistanın “Past” qəzeti məlumat yayıb ki, artıq ölkənin Təhlükəsizlik Şurası Rusiyanın Gümrüdəki hərbi bazasının gələcək fəaliyyətini müzakirə edib. Nəşrin yazdığına görə, son yumşaldıcı mesajlara baxmayaraq, Ermənistan hökuməti Rusiyadan uzaqlaşmaq siyasətini davam etdirir: “Rusiya prezidenti Vladimir Putin bildirdi ki, Ermənistan MDB-dən heç yerə getmir. Eyni zamanda o, bunu da dedi ki, Bakı ilə İrəvan arasında danışıqların bərpasına şərait yaratmağa hazırdır. Rusiya prezidentinin sözçüsü də söylədi ki, Ermənistan müttəfiq olub və olacaq. Bütün bunlara Nikol Paşinyanın bu yaxınlarda Ermənistanın xarici siyasət vektorunu dəyişdirməməsi ilə bağlı bəyanatını əlavə etsək, maraqlı mənzərə alınır. O vurğuladı ki, Rusiya ilə münasibətləri qırmır. Digər tərəfdən, bütün bunlar hakimiyyətin, xüsusən də qərbyönlü peykləri vasitəsilə başlatdığı total anti-Rusiya kampaniyası fonunda çox maraqlıdır. Yeri gəlmişkən, əldə etdiyimiz məlumata görə, ötən günlərdə İrəvanda Ermənistan Təhlükəsizlik Şurasının üzvlərinin iştirak etdiyi qapalı müzakirə olub. Müzakirənin əsas mövzuları Ermənistan-Rusiya münasibətləri, qarşılıqlı atışmalar, Azərbaycanla danışıqlar prosesində Rusiyanın rolu, həmçinin 102-ci hərbi bazanın taleyi ilə bağlı olub”.

Belə bir vaxtda Ermənistanın “Qraparak” nəşri yazır ki, Paşinyan yaxın tezlikdə ölkənin KTMT-ni tərk etdiyini də bəyan edəcək: “Hər ilin sonunda KTMT-də sədrliyi başa çatan ölkənin paytaxtında quruma üzv dövlətlərin prezidentlərinin iştirak etdiyi KTMT Şurasının iclası keçirilir. Ötən il noyabrın 23-də İrəvanda KTMT Şurasının iclası keçirildi və Ermənistan KTMT-yə sədrliyi Belarusa verdi. Bu ilin noyabrında Minskdə KTMT Şurasının sessiyası keçiriləcək. Amma Ermənistan həmin sessiyada iştirak etməyəcək, Paşinyan KTMT-yə üzv ölkələrin liderlərinin görüşünə getməyəcək.  Ermənistan KTMT-dəki nümayəndəsini də geri çağırıb. Hazırda Ermənistan KTMT Şurasının iclasında hətta ən aşağı səviyyədə də təmsil olunmur. Bu, Ermənistanın KTMT-dəki üzvlüyünün faktiki olaraq dayandırılması kimi təqdim olunacaq. Bir il ərzində Ermənistan həmin strukturla heç bir əlaqə saxlamayıb, hərbi təlimlərdə, birgə tədbirlərdə iştirak etməyib, öz nümayəndəsini geri çağırıb və noyabrın 20-də Paşinyan KTMT-nin ali orqanı olan Şuranın sessiyasında da iştirak etməyəcək”. Məqalədə iddia edilib ki, bir neçə gün öncə İTV-yə müsahibəsində Rusiya hərbi bazası və rus sərhədçilərlə heç bir problem olmadığını deyən Paşinyan əslində bununla atacağı addım qarşısında Kremli sakitləşdirməyə çalışıb: “Nikol deyir ki, bizim KTMT-nin işini boykot etməyimiz vacib deyil, önəmli olan Rusiya ilə münasibətimizi saxlamaqdır; yəni narahat olmayın, sizin hərbi bazanızı və sərhəd qoşunlarınızı heç nə təhdid etmir, onlar Ermənistanda olublar və burada da qalacaqlar. Qərbə isə deyəcək: “Baxın, mən əslində Putinin o strukturundan gedirəm, artıq o təhlükəsizlik sisteminin üzvü deyiləm, sizinlə təhlükəsizlik və digər sahələrdə əlaqələri dərinləşdirirəm. O ki qaldı Ermənistanda yerləşən rus hərbi bazası və ya sərhədçilərinə, biz o məsələni də həll edəcəyik, mənə vaxt verin, addım-addım onları Ermənistandan sıxışdırıb çıxaracağıq. Sadəcə, Türkiyə ilə münasibətləri nizamlamaq, sərhədi açmaq lazımdır, bundan sonra rus sərhədçilərin olması mənasızlaşacaq, sonra hərbi bazanın çıxarılması problemini həll edəcəyik”.

Öz növbəsində, Rusiya Paşinyanın nə etdiyini anlayır, ancaq vaxt udmağa çalışır. Putin Paşinyanı tərifləyir, çünki indi münasibətləri pisləşdirmək və ya Ermənistanı düşmən elan etmək vaxtı deyil, Rusiya bundan heç nə qazanmayacaq. Rusiyanın mübarizəsi Qərblədir və usiya Ukraynada Qərbə qarşı müharibədə qalib gələ bilsə, müharibə başa çatdıqdan sonra danışıqlar masasında təkcə Ukraynada deyil, Cənubi Qafqazda, Orta Asiyada və Yaxın Şərqdə təsir məsələsi müzakirə olunacaq”.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış edirlər - CANLI YAYIM

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi keçirilib

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ