Bazar günü günü, 08 noyabr 2026
     

Ordumuzda “Dəmir Günbəz” silahı...

Image


Aparılan araşdırmalar göstərir ki, İsrailin “Dəmir Günbəz” kimi tanınan hava hücumundan müdafiə sistemi Fələstin silahlı qruplaşması HƏMAS-ın oktyabr hücumunun başlanğıcında ölkəni Qəzzadan atılan minlərlə raket zərbəsindən müdafiə etməyə kömək edib.

Düzdür, raketlərin bir hissəsini zərərsizləşdirmək mümkün olmayıb və onlar yaşayış məntəqələrinə düşüb. Amma “Dəmir Günbəz” olmasaydı, vəziyyət daha acınacaqlı ola bilərdi.

Qeyd edək ki, “Dəmir Günbəz” bütün hava şəraitində fəaliyyət göstərən, qısa mənzilli raket və mərmilərdən qorunmaq üçün nəzərdə tutulmuş hava hücumundan müdafiə sistemidir. O, yaxınlaşan raketləri izləmək üçün radardan istifadə edir və yaşayış məntəqələrinə dəymə ehtimalı olan raketlərlə yaşayış olmayan ərazilərə düşəcək raketləri fərqləndirə bilir. Bu sistemin İsraildə yerləşən və hər birində üç və ya dörd işəsalma qurğusu olan 10 artilleriya batareyasından ibarət olduğu ehtimal edilir. Hər bir işəsalma qurğusunda isə 20-yə qədər raket mövcuddur. Təhdid sayılan hər raketə iki ədəd önləyici “Tamir” raketi atılır. Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin hesablamalarına əsasən, bir raket batareyasının istehsalı 100 milyon dollara başa gəlir. “Dəmir Günbəz” 2006-cı ildə İsrail və Livanın cənubunda yerləşən islamçı qrup “Hizbullah” arasında baş vermiş münaqişədən sonra hazırlanıb. Həmin vaxt “Hizbullah” İsrail ərazisinə minlərlə raket ataraq, ölkəyə böyük ziyan vurmuşdu və onlarla vətəndaşı öldürmüşdü. Bir il sonra İsrail elan etdi ki, dövlətə məxsus müdafiə şirkəti “Rafael Advanced Defense Systems” yeni raketdən müdafiə qalxanı yaradacaq. ABŞ 200 milyon dollar qrantla sistemin maliyyələşdirilməsinə kömək etdi. Bu sistem ilk dəfə 2011-ci ildə HƏMAS-ın nəzarəti altında olan Qəzza zolağından İsrailin cənubundakı Beer-Şeva şəhərinə atılan raketi vurarkən istifadə edilib. 2019-cu ildə ABŞ özünün “Patriot” raketdən müdafiə sistemini tamamlamaq üçün “Dəmir Günbəz” satın alacağını və sınaqdan keçirəcəyini açıqlayıb. “Patriot” “Dəmir Günbəz”lə oxşar formada işləyir, lakin o, qısa mənzilli silahlardan daha çox, ilk növbədə təyyarələri, qanadlı raketləri və ballistik raketləri vurmaq üçün nəzərdə tutulub. İsrail 2012-ci ildə “Dəmir Günbəz” artilleriya batareyalarının HƏMAS-ın Qəzzadan atdığı raketlərin 84%-ni dəf etdiyini bildirib. Onlar 573 dəfə cavab verildiyini və 421 raketin məhv edildiyini iddia ediblər. 2021-ci ildə İsrail ordusu iddia edib ki, HƏMAS Qəzza zolağından 3000 raket atdığı zaman “Dəmir Günbəz”90% müvəffəqiyyət qazanıb. Hazırkı münaqişə başlayandan bəri HƏMAS İsrailə etdiyi hücum zamanı 5000 raket atdığını iddia edir. İsrail ordusunun bildirdiyinə görə, “Dəmir Günbəz” onlardan 153-nü ələ keçirib, digərləri isə açıq ərazilərə və ya Qəzza zolağının öz içinə düşüb.

Hazırda bu kompleksdən yalnız İsrail və Sinqapurda istifadə edilir.  “Dəmir Günbəz”, qeyd edildiyi kimi, Azərbaycana müxtəlif silah sistemlərinin satışını həyata keçirən “Rafael” və “Israel Aircraft Industries” şirkətləri tərəfindən yaradılıb. Azərbaycan adıçəkilən şirkətlərlə 2013-cü ildə müqavilə bağlayıb. Azərbaycanın bu kompleksi İsraildən almasına dair danışıqların 2011-ci ildən getdiyi deyilir. Məlumata görə, İsrail Azərbaycana ən mükəmməl kompleksi təklif edir. Bunların müəyyən komponentləri ölkəmizdə mövcuddur, amma tam şəkildə sistemin qurulması və tədarükü başa çatmayıb. Onu da qeyd edək ki, Azərbaycan Rusiyadan aldığı “S-300 Favorit” hava hücumundan müdafiə sistemləri ilə hava sərhədlərinin mühafizəsini xeyli dərəcədə gücləndirib. Bundan başqa, hələ 2016-cı ilin dekabrında Azərbaycan Silahlı Qüvvələri İsrailin “Israel Aerospace Industries”, “Elta Systems”, “Rafael” və digər şirkətlərinin birgə hazırladığı uzaq mənzilli “Barak 8” ZRK-dan döyüş atışları keçirməklə 90 km məsafədə ballistik və aerodinamik hədəfləri məhv etmək imkanlarını nümayiş etdirdi. Bununla da Azərbaycan İsrailin ən müasir hava hücumundan müdafiə kompleksinin yerüstü versiyasının ilk alıcısı oldu. Azərbaycan hazırda “Barak-8” kompleksi ilə silahlanan ən azı bir ədəd zenit batareyasına və 75 ədəd raketə malikdir. Bir batareyanın dəyəri 25 milyon dollardır, bir ədəd raket isə təxminən 1.5 milyon dollar dəyərindədir. Sovet hərbi texnikasının bölünməsi zamanı Azərbaycanın Silahlı Qüvvələri “Kruq-M” və “Kruq-M1” 9 ədəd tırtıllı şassiyə malik mobil zenit raket kompleksi də əldə edib. Müəyyən qədər köhnə hesab edilən komplekslər sonradan orta mənzilli “Buk-MB” kompleksləri ilə əvəz edildi. Azərbaycan “Stilett T38” zenit raket kompleksini fə alıb. Hazırda ən azı bir divizionu döyüş növbətçiliyinə cəlb edilib. Digər müdafiə vasitələri öz effektivliyini Vətən müharibəsində göstərib. “Dəmir Günbəz”in  gəlişi ilə bu sahədə daha böyük nailiyyətlər əldə olunacağı gözlənilir.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış edirlər - CANLI YAYIM

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi keçirilib

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ